Qadınlar onu kişilərdən daha çox qısqanır

10 Aralık 2014
1 662
0
Qadınlar onu kişilərdən daha çox qısqanır
Qadınlar onu kişilərdən daha çox qısqanır





Araşdırmalara görə qadınlar avtomobillərinə kişilərdən daha çox qısqanc olur və onu qətiyyən heç kimlə paylaşmaq istəmirlər.

Avto.lent.az-ın məluatına görə, Avropada 4830 qadın arasında aparılmış sorğunun nəticələrinə əsasən məlum olmuşdur ki, qadınlar avtomobilini kimsəylə paylaşmağı qəti sevmirlər. Kişilərin avtomobillərini sevdiyi halda, qadınlar avtomobilin tək sahibi olmağı sevirlər.

TEB araşdırma mərkəzinin "Şəxsi maşın dövrünün sonu çatdımı” sualı üzrə apardığı sorğunun nəticəsi olaraq məlum olub ki, kişilərin 47 faizi avtomobilini kimsəylə paylaşmağa normal baxdığını deyib, qadınların iseə cəmi 37 faizi normal baxdığını, 63 faizi isə qətiyyən razı olmadığını deyib.

Bu göstərici Avropada qadınların maşına qarşı kişilərdən daha çox qısqanc, maşına bağlı olduğunu göstərir.

Sorğunun nəticələrinə görə, Türkiyədə 61%, İtaliyada 45 %, Almaniyada 44% insan avtomobilini paylaşmağa normal baxdığını deyib. Belçikada və İngiltərədə isə avtomobil bölüşmək fikri daha normal qarşılanıb. Belçikalıların 29 faizi özlərinə aid olmayan bir avtomobili idarə edə biləcəklərini bildirib, İngiltərədə bu göstərici 34 faizdir.

Avropada "avtomobili kef üçün alıram” deyən avtomobil sahibləri arasında Türklər ilk sırada yer alır.

Maşın alan zaman marka Türklər üçün 97 faiz ən önəmli faktor hesab olunur.

Avtomobili səbirlə idarə edən xanımlar arasında türk xanımları ilk yerlərdən birini tutur.



Qadınlar onu kişilərdən daha çox qısqanır
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.