Sevə-sevə ayrılaq.

08 Aralık 2014
3 269
0
Sevə-sevə ayrılaq.
Sevə-sevə ayrılaq.


Biz xoşbəxt olmadıq sevənləri kimi
İndi sonbahar tək sızlar qəlbimiz
Bəlkə bu dünyaya gəlmişik gülüm
Artıraq dünyanın həsrətin biz
Sevə-sevə ayrılaq.
Tənə də, giləy də daha əbəsdir
Bu sirli röyadan ayrılaq gərək
Ya sən gecikmisən,ya mən tələsdim
İndi sevə-sevə ayrılaq gərək.
Sevə-sevə ayrılaq.
Könül gizli-gizli yanacaq indi
Bir damla göz yaşın dənizdir mənə
Bizə xatirələr qalacaq indi
Sənin xatirəndə mənə əzizdir.
Sevə-sevə ayrılaq.
Bilirəm bu həsrət üzəcək səni
Çalış kölgə kimi sürünməyəsən
Gözlərim hər zaman gəzəcək səni
Çalış gözlərimə görünməyəsən
Sevə-sevə ayrılaq.
Bir hissin altında döyünür ürək
Səni düşünürəm səndən xəbərsiz
Kaş bircə biləydim,sən də mənim tək
Məni düşünürsən məndən xəbərsiz.
Sevə-sevə ayrılaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.