Əhli-Beytdən (ə) hədislər..

Əhli-Beytdən (ə) hədislər..
Əhli-Beytdən (ə) hədislər..

İmam Sadiq (ə) buyurur: "Həqiqətən, xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra onların ardınca gedənlər, sonra isətərtiblə məqamına görəAllaha yaxın olanlardır.”
Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olanarzular.”
İmam Sadiq (ə) buyurur:"Pis xasiyyətli adam özünə əzab verir.”
İmam Sadiq (ə) buyurur:"Hətta ona qarşı zülmkar olan ata-anasına düşmən nəzərləbaxan kəsin namazını Allah qəbul etməz.”
İmam Sadiq (ə) buyurur: "Mömini məzəmmət edən kəsi Allah dünya və axirətdə məzəmmət edəcəkdir.”
İmam Sadiq (ə) buyurur:"Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.”
İmam Sadiq (ə) buyurur:"Həqiqətən, rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.”
İmam Sadiq (ə) buyurur:"Allaha edilən hər bir dua, Məhəmməd və Ali-Məhəmmədə salavat göndərmədikcə, səmaya qalxa bilmir.”
İmam Sadiq (ə) buyurur:"Rastlaşdığın hər bir adama salam vermək təvazökarlıqdandır.”
İmam Rza (ə) buyurur:"Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir?Buyurdu: Dua!”
HəzrətƏli (ə) buyurur: "Allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.”
HəzrətƏli (ə) buyurur: "Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.”
HəzrətƏli (ə) buyurur: "Allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.”
HəzrətƏli (ə) buyurur: "İnsanların ən acizi dua etməkdə aciz olandır ( dua etməyənlərdir).”
Həzrət Əli (ə) buyurur: "Xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.”
Həzrət Əli (ə) buyurur: "Xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.”
Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görədostluq və Allaha görə düşmənçilikdir.”
Həzrət Əli (ə) buyurur: "Başqalarına eyib bildiyini özünə də eyib bil.”
Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allahın ən sevdiyi iş dili saxlamaqdır.”
Həzrət Məhəmməd (s.a.a.) buyurur: "Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.”

R.T..Zemichka

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.