Ana var ki..

11 Aralık 2014
1 254
0
  Ana var ki..
  Ana var ki..

  Ana var ki..

Bu həyatda analar var, cürəbəcür.
Ana var ki, əsil ana!
Övlad üçün öz canını desən, verər.
Ana da var, göz qırpmadan
Övladını öz canına qurban edər.

* * *

Ana var ki, övladına biganədir,
Biganədir, lal daş kimi, qaya kimi.
Övladının varlığından hey sıxılır,
Ən lazımsız, gərəksiz bir əşya kimi.

* * *

Ana da var, övlad üçün divanədir.
Elə bilir, övlad ona bir Kəbədir!
Şükr eləyir Yaradanın verdiyinə
Ən qiymətli hədiyyətək.
Ümid edir övladının xoş gününə,
Öz ömrünün sonunadək...

Müəllif: Gülçin Xanbaba qızı

  Ana var ki..


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.