Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 6

23 Ağustos 2014
19 468
0
Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 6
Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 6


51. PROSTAT VƏZİSİ:
Zirə yağı ilə kürəyin əsasını hövkələmək və masaj etmək, qasığı da onunla ovmaq. Yarım stəkan isti suda 1 xörək qaşığı bal, 1 çay qaşığı qara zirə və çobanyastığını qarışdırıb istənilən vaxt içmək.

52. BABASİL:
Qara zirə yağı və zeytun yağını (1:1 nisbətində) qarışdırıb hər gün 3 dəfə 1 xörək qaşığı 10 gün ərzində qəbul etmək. Qəbzliyin qarşısını almaq məqsədilə xəstə nahiyəni qara zirə yağı ilə masaj etmək.

53. SIZANAQLARA QARŞI:
Üzü sızanaqlardan təmizləmək üçün gün ərzində 3 dəfə 20 damcı qara zirə yağı qəbul edilsə, Allahın köməyi ilə təsir göstərər.

54. TONZİLLİT:
2 çay qaşığı qara zirə toxumunu 1,5 litr suda qaynadıb süzgəcdən keçirmək və boğazı hər gün 2 dəfə qarqara etmək.

55. SİNƏDƏ AĞRILAR:
Qaynar suya 1 xörək qaşığı qara zirə əlavə edib onun buxarını udmaq. Yatmamışdan əvvəl bağınızı bağlayın.

56. BURUN YOLLARININ İLTİHABI:
1) 1 xörək qaşığı qara zirənin üstünə 1 stəkan qaynar su tökərək onun buxarı ilə nəfəs alın.2) Burunun bayır səthinə zirə yağı sürtün.3) 1 çay qaşığı qara zirəni 1 xörək qaşığı təmiz balla 0,5 stəkan suda qarışdırmaq. Səhər və axşam yeməklərinə 15 dəqiqə qalmış qəbul etmək.

57. ALLERGİYA:

Hər səhər və hər axşam 1 çay qaşığı qara zirə qəbul etmək və allergiyaya məruz qalmış yerə qara zirə yağı sürtmək.

58. PƏNCƏLƏRİN İLTİHABI:
1) Pəncənin iltihablı nahiyəsinə qara zirə yağı sürtmək.2) 1 çay qaşığı qara zirə ilə 1 xörək qaşığı təmiz balı 0,5 stəkan suya qarışdırıb səhər və axşam yeməklərinə 15 dəqiqə qalmış qəbul etmək.

59. QAN TƏZYİQİNİN QALXMASI:
1) Üyüdülmüş qara zirə toxumlarının 1 çay qaşığını isti suya qatmaq və hər gün səhər yeməyindən əvvəl 2 diş sarımsaqla qəbul etmək. 2) qara zirəni qaynar çayla (və başqa içməli mayelərlə) qarışdırıb içmək və bədəni qara zirə yağı ilə ovmaq.

60. BAŞ AĞRILARI:
Qara zirə yağından 1 xörək qaşığı qəbul etməklə eyni zamanda başın ağrıyan nahiyəsini və qabaq tərəfini qara zirə yağı ilə ovuşdurmaq (bu prosedura dövründə şirniyyat, şokolad yeyilməməlidir).1) Üyüdülmüş qara zirədən – 1 xörək qaşığı, üyüdülmüş cirə toxumlarından (anise seed) - 1 xörək qaşığı və 1 xörək qaşığı qərənfil (cloves) qarışdırılır. Xörəkdən qabaq bu qarışıqdan 1 çay qaşığı yeyilir. Qarışıq ağızda yumşalana qədər saxlanıldıqdan sonra udulur.2) Qara zirə yağını hər gün 2-3 dəfə 1,5 çay qaşığı qəbul etmək.




Redaktə etdi: ChoCoLaTe
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.