Şaxta babanın 17 əsrlik hekayəsi

31 Aralık 2014
4 726
0
Şaxta babanın 17 əsrlik hekayəsi
Şaxta babanın 17 əsrlik hekayəsi


Şaxta baba dördüncü yüzillikdə Dəmrədə ortaya çıxdıqdan sonra Xaç Yürüşləri vasitəsi ilə Avropada tanınmağa başladı. Beləliklə də katoliklərin yaşlı adamı XVIII əsrdə Amerikaya köç edərək uşaqların sevimlisi oldu.


Dünyanın ən məşhur qəhrəmanlarından biri kimi qəbul edilən Şaxta babanın on yeddi əsrlik hekayəsi fransız "Le Monde" qəzeti tərəfindən hazırlanıb. Qəzet Roma İmperatorluğu dövründə Anadoluda ortaya çıxan Əziz Nikolas əfsanəsinin necə Şaxta babaya çevirilərək bütün dünyaya yayıldığını araşdırıb.

Xristianlığın dördüncü yüzilliyində Roma İmperatorluğu üzərindəki təsirin artması ilə birlikdə Antalya sərhədlərində qalan Dəmrədə yaşayan likyalı Əziz Nikolasın da şöhrəti artdı. Əziz Nikolas, o dövrdə uşaqların və dənizçilərin qoruyucusu olaraq tanınırdı. Bu tarixdən etibarən 6 dekabrda uşaqlara hədiyyələr verilməyə və Əziz Nikolas günü olaraq qeyd olunmağa başlandı.


Xaç yürüyüşləri ilə birlikdə Xristian dininin müqəddəs əmanətləri ilə birlikdə Əziz Nikolas ənənəsi də Avropa ilə tanış oldu. Avropa Əziz Nikolası uzun saqqallı, yepiskop qiyafəli və 6 dekabr gecəsi bacadan evlərə girərək ağıllı uşaqlara hədiyyə paylayan yaşlı bir adam olaraq tanıdı. Bu dövrdə ağ saqqallı Şaxta babanın ağıllı uşaqlara hədiyyə gətirdiyi kimi, qara saqqallı Fouettard babanın da yaramaz uşaqları döyməyə gəldiyinə dair hekyələr söylənilirdi. Reform hərəkatı və Protestantlığın doğuşu Şaxta babanın işlərinə pis təsir edir. Protestan coğrafiyalarda Yeni il şam ağacı ilə simvollaşarkən, Hollandiya bu ənənəni “Sinter Klass” adı ilə sahibləndi. Hollandların XVIII əsrdə Amerikaya köçməsi ilə bu bayram yeni qitədə uşaq bayramı olaraq qeyd edilməyə başlanıldı.


Bu dövrdə kilsənin Həzrəti İsanın doğum günü olaraq bildirdiyi 24 dekabrla birləşən Şaxta baba ənənəsi XIX və XX əsrlərdə günümüzdəki şəklini almağa başladı. Qütblərdə yaşayan Şaxta baba, 1930-cu illərdə Coca-Cola reklamları üçün qırmızı qiyafəli, pambıq saqqallı, kök bir qoca olaraq təsvir edilməyə başlandı. Günümüzdə isə Şaxta babanı ən çox sahiblənən ölkə Finlandiyadır. Şaxta babanın marallarının Quzey qütbündə ac qalacağını iddia edə finlililər ticari baxımdan da bir xəyal məhsulu olan Şaxta babanın Finlandiyanın Laplandiya bölgəsində yaşadığını söyləyirlər. Yeni ilin coşqu ilə qarşılandığı Laplandiyada yeni il vaxtı otellər dolu olarkən turistik fəaliyyətlər də xeyli artır. İqtisadi böhran içində olmasına baxmayaraq bu yaxınlarda Finlandiya parlamaneti hətta Şaxta babanın reklamı üçün 300 min avroluq bir ödəmə qərarı çıxartdı.


Xristian dünyası Yeni ili qeyd etməyə hazırlaşarkən ABŞ Əkinçilik Nazirliyi, şən bir açıqlama ilə təbriklərə qatıldı. Nazirliyin rəsmi saytında yer alan açıqlamada Şaxta babanın xizəyini dartan 9 maral ilə birlikdə ölkəyə girişinə icazə verildiyi və onun ölkəyə daxil olması zamanı bütün proseduraların incəliklə yerinə yetirildiyi qeyd edilib.

Nazirlik açıqlamasında “Şaxta babanın 24 dekabr günü ölkəmizə girişinə icazə verilib. Onun 9 maralının da heç bir sağlamlıq problemi olmadığı, hamısının səyahətə uyğun olduğu təsbit edilib. Dövlət ölkəmizdəki ziyarətləri zamanı Şaxta babaya hər cür yardım etməyə hazırdır”, - deyib. Əkinçilik Nazirliyinin bu qəribə Yeni il təbriki, sosyal medyada da böyük marağa səbəb olub.


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.