Bürcə görə qadınların seçimi

01 Ocak 2015
3 325
0
Bürcə görə qadınların seçimi
Bürcə görə qadınların seçimi



Hər bir insan fərqlidir. Xüsusilə də qadınlar. Bəli, biz qadınlar bir-birimizə bənzəmək istəmirik. Hətta bunu xoşlamırıq və daim üstün olmaq, fərqli olmaq istəyərik. Təbii ki, fərqimiz çoxdur. Zövqümüz, hobbimiz, geyim tərzimiz bir-birindən fərqlidir. Kişilər mövzusunda da qadınların seçimi fərqlidir. Bir qadın üçün cazibədar görünən kişilər digər qadın üçün maraqsız görünür. Bir qadın çox danışan kişiləri sevirsə, digər qadın susan kişilərdən xoşlanmır. Kiminsə üçün yaraşıq və gözəllik əhəmiyyətlidirsə, başqa bir qadın üçün səmimiyyət daha üstündür. Bu günkü xəbərimi biz qadınların bürclərinə görə olan kişi seçimlərimizdən bəhs edəcəyəm.


1. Qoç bürcünun qadınları - Əyləncəli və qumral kişilər

Qoç bürcünün qadınları özləri də əyləncəni çox sevirlər. Buna görə də ən az özü qədər əylənməyi sevən kişilərdən xoşlanırlar.


2.Buğa bürcünün qadınları - Ağıllı və qumral kişilər

Buğa bürcünün qadını kitab oxuyan, əzbərdən şeir danışan, ədəbiyyata və incəsənətə marağı olan kişilərdən xoşlanırlar.


3.Əkizlər bürcünün qadınları - Məsuliyyətli və əsmər kişilər

Əkizlər bürcünün qadınları rahatlığı çox sevirlər və ona hər şeyin öhdəsindən asanlıqla gələ bilən bacarıqlı kişi yetərlidir.


4. Xərçəng bürcünün qadınları - Evinə bağlı olan sarışın kişilər

Xərçəng bürcünün qadınları ailəcanlı və evinə bağlı şəxslərdir. Bu səbəbdən ailə quracağı şəxsin də evinə bağlı olmağını istəyir. Axı xərçəng qadınlar yalnız evlərində heç bir yerdə xoşbəxt olmadıqları qədər xoşbəxt olurlar.


5. Şir bürcünün qadınları - Təmkinli və sarışın kişilər

Şir bürcünün qadını yüksək səslə danışdığı üçün seçdiyi kişinin sakit olmağına üstünlük verər. Ən çox diqqətlərini çəkən kişilər təmkinli və sarışın kişilərdir.


6. Qız bürcünün qadınları - Təmiz və baxımlı kişilər

Qız bürcünün qadını çox təmizkardır. Məhz bu səbəbdən seçdiyi kişinin də təmizliyə üstünlük verməsinə diqqət edir. Qumral saçlı kişilər seçimləri arasındadır.


7. Tərəzi bürcünün qadınları - Ciddi və qumral kişilər

Özünü ciddi aparan və cəmiyyətdə olduğu kimi evində də qayda-qanunu sevən kişilər Tərəzi bürcünün qadını üçün idealdır.


8. Əqrəb bürcünün qadınları - Xarizmatik və əsmər kişilər

Özlərini çox bəyənən Əqrəb bürcünün qadınları seçdikləri kişilərdə xarizma axtarırlar. Əsmər saçlı xarizmatik kişilər Əqrəb bürcünün qadını üçün idealdır.


9. Oxatan burcünün qadınları - Zarafatcıl və qumral kişilər

Oxatan bürcünün qadınları birlikdə xoşbəxt ola biləcəyi və hər kəlməsindən qəhqəhə çəkib gülə biləcəyi, qumral saçlı kişilərə üstünlük verirlər.


10. Oğlaq bürcünün qadınları - Düşüncəli və əsmər kişilər

Oğlaq bürcünün qadınları onlara hər zaman diqqət edən və yalnız onu düşünən əsmər kişilərə üstünlük verirlər.


11. Dolça bürcünün qadını - Sərt və əsmər kişilər

Dolça bürcünün qadını sakit kişilər əvəzinə, sərt kişiləri daha cazibədar görürlər. Onlar üçün sərt və əsmər saçlı kişilər əvəzedilməzdir.



12. Balıq bürcünün qadınları - Romantik və əsmər kişilər

Balıq bürcünün qadını özü də romantikdir və seçim etdiyi kişidə romantika axtarır.



Bürcə görə qadınların seçimi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.