İnternet aludəçiliyinin fəsadları.

12 Ocak 2015
2 071
5
İnternet aludəçiliyinin  fəsadları.
İnternet aludəçiliyinin  fəsadları.


Azərbaycanda internetdən asılılıq ciddi problemə çevrilib. Son zamanlar virtual aludəçiliklər bağlı psixoloqlara müraciət edən insanların sayı artıb. Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişində psixoloq Narınc Rüstəmova deyib. Onun sözlərində görə, bu problem artıq ailələrin dağılmasına da səbəb olur: "Ailədə ünsiyyət problemi yarandığında kişi və ya qadın çıxış yolunu internetdə tapır. Sosial şəbəkələrdə öz idealını yaradır və özünü qəhrəman kimi hiss edir. Bir zaman isə ayılır ki, əslində reallıqdakı imkanlarını da itirib".

Türkiyə və bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda həddən çox internet azadlığının olmasını da ciddi problem hesab edən psixoloq bildirib ki, internetdə dövlət səviyyəsində filtrasiyalar həyata keçirilməlidir: "İnternetdə bu qədər azadlıq doğru deyil. Zərərli informasiyaların alınması olduqca asandır. Bu gün istənilən azyaşlı uşaq 16+, 18+ saytlarına asanlıqla girə bilər. Primitiv icazələr var. "18 yaşınız varmı?" sualına "hə" cavabını verməklə uşaq sayta daxil olur. Bu imkanlar məhdudlaşdırılmalıdır".

Böyüklərdən daha çox uşaqların asılılıq baxımdan təhlükə ilə üz-üzə olduğunu deyən psixoloq valideynləri diqqətli və məsuliyyətli olmağa çağırıb: "Valideynlər vaxtının çoxunu internetdə keçirirsə, uşaqdan bunu etməməyi tələb edə bilməz. Ona görə də birinci növbədə valideynlər özlərini internetdən qismən uzaqlaşdırmalıdırlar. Uşaqlara nümunə olmaqla yanaşı, valideynlər həm də övladlarına güvən verərək zaman-zaman onların internetə girişini azaltmalıdır. Qəfil qadağa doğru addım deyil. Bu uşaqlarda aqressiya yarada bilər. Birdəfəlik məhrumetmə ən böyük səhvdir. Bunu həftə ilə, aylarla qaydaya salmaq lazımdır. Kompüter və internet birtərəfli ünsiyyət vasitəsidir. Ona görə də bəzən kompüterdən çox istifadə edən azyaşlılarda nitq qüsuru yaranır. Valideynlər bu məsələdə çox diqqətli olmalıdırlar”.

İnternet asılılığının həm uşaqlarda, həm də böyüklərdə fiziki və psixoloji travmalar yaratdığını deyən psixoloq Narınc Rüstəmova bildirib ki, internetdə uzun müddət vaxt keçirən insanlarda əzələlərin gərilməsi, gözlərdə quruluq, miqren tipli baş ağrıları, bel ağrıları, qida rejiminin pozulması, şəxsi gigiyenaya qarşı etinasızlıq, yuxusuzluq kimi fiziki fəsadlar da yaradır.

Araşdırmalara görə internetdən asılılıq aşağıdakı digər problemlərin yaranmasına da səbəb olur:
- Kompüter arxasında özünü yaxşı hiss etmə və eyforiyaya qapanma;
- Kompüterdən ayrılmağın problemə çevrilməsi;
- Kompüter arxasında keçirilən vaxtın tədricən artması;
- Ailəyə, yaxınlara və dostlara qarşı etinasızlıq;
- Kompüterdən kənarda olarkən mənəvi boşluğun, depressiyanın, əsəb gərginliyinin yaranması;
- Öz fəaliyyəti haqqında işdə müdiriyyətə, evdə isə ailə üzvlərinə yalanlar uydurma;
- İş və ya təhsillə bağlı problemlərin yaranması və s.


R.T.♛Fidawka♛
RƏYLƏR
User1
  • User1
  • 13 Ocak 2015 21:52
53 aa usaq ne yaxiwis gorub
Dear..
Oha ee.şəkil maraqlıdı) təşəkkürlər
Drea..
Xebere gore cox sağol can
Kıvırcık
az qalib mendede olacaq uje bu elametler 53
Nutella
xebere gore cox saqolun..!)
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (59)
21:00
384

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (59)

17.11.2019 Gündəlik Bürclər (17 Noyabr 2019)
20:00
959

17.11.2019 Gündəlik Bürclər (17 Noyabr 2019)

Uzun öpüş və ön sevişmə kaloriləri yandırır – Piyləri əritməyin yolu
19:00
250

Uzun öpüş və ön sevişmə kaloriləri yandırır – Piyləri əritməyin yolu

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (322)
18:00
545

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (322)

Xatırla Məni Yazılı Şəkilləri 2019 (201)
17:00
646

Xatırla Məni Yazılı Şəkilləri 2019 (201)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
208

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Qulaq ağrıları - Səbəbləri və müalicəsi
15:00
77

Qulaq ağrıları - Səbəbləri və müalicəsi

Həyatdan Yazılı Şəkilləri 2019 (34)
14:00
487

Həyatdan Yazılı Şəkilləri 2019 (34)

Bürcləri Necə Cəlb Edərsən - Foto
13:00
273

Bürcləri Necə Cəlb Edərsən - Foto

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ