♦.......Güzgü........♦ +18

11 Ocak 2015
5 001
0
♦.......Güzgü........♦ +18
♦.......Güzgü........♦ +18


Hər şey o gündən sonra başladı, güzgüdə
gördüyüm o üzdən sonra. Çox qorxunc idi,
hələ də bəzi qüsurlar qalıb... Bir neçə il əvvəl
mənim 12 yaşım olardı. Evimiz çox kiçik idi,
amma tezliklə o evdən köçəcəkdik. Balaca
olduğum üçün həmişə anamın çantasına girib
əşyalarını qarışdıraradım.Sonra isə saatlarla
güzgünün qarşısından ayrılmazdım, anam
neçə dəfə xəbərdarlıq esə də fikir vermirdim.
Əşyalarını qarışdırdığım üçün yadıma gəlir
anam üstümə acıqlanmışdı. Amma 12 yaşında
balaca bir qız uşağı üçün bu çox əyləncəli idi.
Yaxınlarda anamın ad günü idi. Atamla
restoranların birində qeyd edəcəkdilər. O
günü məni evdə tək qoyub getdilər, amma
qonşumuza demişdilər bizə gəlməsi üçün.
Qonşumuz məndən böyük idi. Hər zaman
evdə tək qalanda o bizə gələrdi. Saat axşam
11 olardı.
Mənə -qonşu tezliklə gələcək- deyib
qapını bağlayıb getdilər, mən də kilitlədim
qapını. Bir az gözlədim amma heç kəs
gəlmədi, yəqin işi çıxıb deyə fikirləşdim,
birazdan gələr. Evdə tək qaldığım üçün
doğrusu biraz qorxdum. Həmişə səs-küy olan
ev bu gün bomboş idi. Başımı qatmaq üçün
yenə anamın çantasını götürüb güzgünün
qarşısına keçdim. Anam mənə dəfələrlə gecə
vaxtı güzgüyə baxmamamı desə də əhəmiyyət
vermirdim. Lakın bu gecə başıma gələnlər bir
də heç vaxt yadımdan çıxmayacaqdı. Nə isə
yataq otağındakı güzgünün qarşısına keçib
üz-gözümü bəzəməyə başladım. Heç üstündən
10 dəqiqə keçməmişdi ki, qapı döyüldü, elə
bildim qonşumuzdu. Qaçaraq qapını açdım,
heç kim yox idi. Çox təəccübləndim, qapının
zənginin səsini eşitdiyimə əmin idim amma.
Qapını bağlayıb əyləncəmə davam etdim. Çox
əylənirdim, ta ki... Saat artıq gecə yarısı
olmuşdu, nə qonşumuz var idi, nə də
valideynlərim. Artıq öz-özümə qorxmağa
başlamışdım. İşıqların birdən sönməsi məni
daha da vahimələndirdi.Bir az otaqda
gözlədim yanar indi deyə. Amma olmadı,
mətbəxə keçib şamı yandırdım. Mətbəxdə
olarkən otaqdan qəribə səslər eşitdim, amma
səslər çox zəif olduğu üçün fikir vermədim.
Şamı yandırıb otağa qayıdırdım. Qapının
yanına çatıb açanda elə bil şamı kimsə üfürüb
söndürdü. Çaşıb qaldım, biraz da qorxdum
doğrusu. Şamı güzgünün yanına qoyub
mətbəxə kibrit dalınca yenidən getdim. Kİbriti
götürüb yataq otağına çatmışdım ki, şüşə
qırılması səsi eşitdim, artıq öz-özümə
vahimələnməyə başladım. Güzgünün
qabağına çatanda kibriti yandırıb şama
tutdum. Otaq az da olsa işıqlandı. Başımı
qaldıranda güzgünün iki yerə ayrıldığını
gördüm. Az qala dəli olacaqdım. Üzümü iki
yerə bölünmüşdü güzgüdə. Güzgüdən
baxanda arxamda qaranlıq bir kölgə
dayanmışdı. Qorxumdan qışqırmağa
başladım. Arxama çevriləndə üzünü gördüm
onun. Çox qorxunc idi. Əlim şama dəydi, yerə
düşüb söndü, hər tərəf qapqaranlıq oldu.
Otağın bir küncünə keçib ağlamağa başladım.
Amma qaranlıqda qıpqırmızı gözləri olan bir
üzün mənə tərəf gəlməsini görəndə ağlımı
qaçırdım, deyəsən gözləri idi, qaranlıq olduğu
üçün özü görsənmirdi. Qorxumdan bütün
bədənim tutuldu, dilim qurudu, sanki otaq
başıma fırlandı, gözümün qabağı qaraldı...
Daha sonrası yadıma gəlmir. Gözümü açanda
xəstəxanada idim. Atam anam başımın
üstündə. Nə qədər çalışsam da danışa
bilmirdim. Sadəcə baxdım və yenə özümdən
getdim. Deyəsən 3 gün idi gözümü
açmamışdım. Aylarla müalicə aldım. Onlar da
çox peşman olmuşdular evdə məni tək
qoyduğuma görə.
Psixioloji müalicə alsamda
dilim açılmamışdı, artıq gecələr hər şeydən
diksinməyə başlamışdım öz-özümə. Molla
yanına aparandan sonra aydın oldu ki, məni
şeytan tutub, bir neçə dua oxuyub yazdıqdan
sonra özümdə bir yüngüllük hiss etdim. Bir
neçə gün keçdikdən sonra dilim açıldı, amma
qüsurlar qlmışdı. İndi 23 yaşımın olmasına
baxmayaraq güzgüyə baxmağa çəkinirəm. O
gün gördüyüm isə dünənki kimi yadımdadı.


https://www.nkfu.com/wp-content/uploads/2014/02/korku-gifleri-3.gif


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.