Başa Düşməliyik

14 Ocak 2015
1 363
0
Başa Düşməliyik
Başa Düşməliyik

Başa düşməlidir insan, özünün, həyatın hadisələrin, gedişatını.

Başa düşməlidir , başa düşdükdə isə başa düşdüyünü bildirməməlidir bəzən...

Bir damlacıq sudan necə yaradildığını başa düşməlidir.

Ana qarnına yerləşərkən dünyaya niyə yerləşə bilmədiyini və ən sonunda bir kvadrat metr yerə necə yerləşmək məcburiyyətində olacagını başa düşməlidir.

Bu çox geniş görünən dünyanın, axirətə nisbətlə ana qarını kimi olduğunu başa düşməlidir.

Hələ körpəykən ''Dünya mənim!'' demək istəyər kimi ovuclarının baglı olduğunu, ölərkən də eyni ovucların ''hər şeyi buraxıb gedirəm!'' demək istiyər kimi açıq qaldığını başa düşməlidir.

Və kəfənin cibinin olmadığını başa düşməlidir.

Hücüm istedadını başa düşməlidir.

Əzrailin hər an surpriz edə biləcəyini, necə yaşasa o cür öləcəyini başa düşməlidir insan.

Heyvanların yolda , səkidə, zibilliklərdə amma özünün gözəl hazirlanmıs mükəmməl bir süfrədə yemək yediyini başa düşməlidir.

Yaradılmışların ən gözəli oldugunu başa düşməli və ona görə yaşamalı.

Gülün dibindəki tikanı tikanın yanındakı gülü hiss etdiyini başa düşməlidir.

Evində pişik, it saxladığı halda uşaq sahibi olmaqdan qorxmağının məntiqsizliyini başa düşməlidir.

Şkafındakı 25 köynəyin yalnız üçünü geyindiyini amma arxa küçədəki qonşusunun o bəyənilməyən köynəklərə möhtac oldugunu başa düşməlidir.

Varlılığın və bərəkətin süfrədə yığılan çörək qırıntılarının içində gizləndiyini başa düşməlidir.

Anadan olarkən tər-təmiz olan boğazını və çox yediyinə görə yekəlib sallanan qarnının lazımsız olduğunu başa düşməlidir.

Başa düşməliyik çox gec olmadan...

Ömür üç gündür, dünən gəldi getdi, sabah məchuldur...

Ona görədə ömür dediyin bir gündür, o da bu gündür...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.