Saçlarımız yana bilər, gözəlliyimiz yox

Saçlarımız yana bilər, gözəlliyimiz yox
Saçlarımız yana bilər, gözəlliyimiz yox

Əvvəlcə saçlarınızın əvvəlki sağlam halına qovuşması üçün maskaların təsirli olmasını istəyirsinizsə, düzləşdirici, maşa kimi alətlərinizlə bir müddət üçün vidalaşmalısınız. Ayrıca ayda bir dəfə saçlarınızın uclarından azca-azca kəsdirməlisiniz.

Xiyar, bal
Üç yemək qaşığı xiyar suyu, bir yemək qaşığı bal, bir yemək qaşığı zeytunyağı və iki yumurta sarısını qarışdırın. Bu qarışıq saçlarınıza masaj edərək yedirin və saçlarınızı yığın. Yarım saat sonra saçlarınızı çox az şampun istifadə edərək yuyun. Bu əməliyyatı həftədə üç dəfə təkrarlayın.

Banan, avokado
Bir kasada bananı və avokadoyu əzin, üzərinə bir yemək qaşığı qatıq və bir yemək qaşığı zeytunyağı əlavə edin. Qarışığı bütün saçınıza yedirin və bir dəsmalla bağlayın. Yarım saat gözlədikdən sonra bir neçə damla şampunla birlikdə saçınızı yuyun.

Badam yağı, banan
Bir bananı əzin və üzərinə 5-6 damla badam yağı damladın. Qarışığı saç diblərinizə və saç dərinizə işləyəcək şəkildə masajla yedirin. Qarışığı saçınızda yarım saat gözlətdikdən sonra ilıq su və şampunla saçlarınızı yuyun.

Yumurta, Hindqozu
Bir yumurta və beş qaşıq Hindqozu yağını qarışdırın. Qarışığı saç diblərinizdən uclarına doğru bütün saçınıza çəkin. Yarım saat gözlətdikdən sonra ilıq su və şampunla yuyun. Qarışığı gün həddindən artıq istifadə edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.