Bu Vaxtlarda Yatmaq Olmaz

19 Ocak 2015
5 409
0
Bu Vaxtlarda Yatmaq Olmaz
Bu Vaxtlarda Yatmaq Olmaz




Məqalələr » İslam və təhsil

İSLAMDA YATMAQ VƏ YUXUNUN QAYDALARI BARƏDƏ


Bu vaxtlarda yatmaq məsləhət deyil
Imam Cəfər Sadiq (ə) buyurub ki, sübh azanı ilə Günəşin doğuşu arasındakı müddətdə yatmaq adamın ruzisini kəsər, çöhrəsini saraldar, üzündə dəyişiklik və çirkinlik yaradar (Biharül-ənvar, XIII, 182). Hədislərdə bunun səbəbini belə izah edirlər ki, günün həmin vaxtında insanların ruzisi bölünüb müəyyən edilir. Bunu rəmzi mənada da qəbul etmək olar. Sübh namazını qılandan sonra yatmayıb oyaq qalan insan adətən ya zehni, ya da fiziki əməklə məşğul olur, iş-gücünün arxasınca gedir, nəticədə ruzi qazanır. Yatıb yuxuya qalan adam isə bu imkanı əldən verir. Buna görə xalq içində deyirlər ki, iki nəfər qazanar: tez evlənən və yuxudan tez oyanan.
Məğrib və işa arasında yatan adamın da ruzisinin azala biləcəyi barədə rəvayətlər var.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Fəcr (sübh azanı) və Günəşin doğuşu arasında yatmaq adamın xasiyyətini pisləşdirər. Zöhrdən əvvəl yatmaq nemətdir. Əsr vaxtından sonra yatmaq ağlı kütləşdirər. Məğriblə işa arasında yatmaq isə adamı ruzidən məhrum edər” (Biharül-ənvar, LXXVI, 185).
Dini mənbələrdə yazılıb ki, hətta Həzrət Musa Peyğəmbərin (s) zamanında Misirdən Fələstinə qayıdan Bəni-Israil qövmü səhrada ikən Allah fəcrlə Günəşin doğuşu arasında onlara səmadan yemək endirirdi (Quranda buna “mənn” deyilir). Şirin toz şəklində olan bu yemək yalnız günün həmin vaxtında səmadan yerə tökülür və qısa müddət ərzində yoxa çıxırdı. Tənbəllik edən, yatıb yuxuya qalan adam o günün yeməyindən məhrum olurdu.

Necə yatmaq məsləhətdir

Müqəddəslərimizin tövsiyəşinə görə, cənabətli halda qüsl almadan yatmaq məkruhdur (bəyənilməzdir). Amma buna imkanı olmayan adam qüsl əvəzinə dəstəmaz alıb yata bilər, etrəsi gün namaz qılmaq üçün isə qüsl almalıdır. Dəstəmaz almağa da imkanı olmayan adam heç olmasa, təyəmmüm etsin. Ümumiyyətlə, cənabətli olmayan adam da yatmazdan əvvəl müstəhəb qüsl ya dəstəmaz alsa yaxşı olar. Imam Cəfər Sadiq (ə) buyururdu ki, hər kim təharətli halda (yəni qüsl, dəstəmaz və ya təyəmmüm etmiş halda) yatsa, yatağı onun üçün məscid kimi olar (yəni yuxusu ibadət kimi sayılar). Peyğəmbər buyurub ki, hər kim dəstəmaz alıb yatsa və yuxuda ikən dünyasını dəyişsə, Allah ona şəhid qədər savab verər.[center]



Bu Vaxtlarda Yatmaq Olmaz
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.