Həddindən çox selfi çəkənlərin psixoloji problemləri var.

17 Ocak 2015
1 955
0
Həddindən çox selfi çəkənlərin psixoloji problemləri var.
Həddindən çox selfi çəkənlərin psixoloji problemləri var.

Ohayo Universiteti tərəfindən keçirilmiş tədqiqata əsasən məlum olub ki, tez-tez öz fotoşəkillərini dərc edən kişilər psixoloji problemə malikdir.

Belə ki, fotoşəkilləri redaktə edən, filtr seçən və ya hər hansı başqa üsulla emal edən kişilər adətən narsisizmdən əziyyət çəkir, amma sadəcə çoxlu “selfi” dərc edən, amma onları redaktə etməyən kişilərdə psixopatiya orta səviyyədən yuxarıdır.

Feat.Az saytı ictnews.az saytına istinadən bildirir ki, psixoloqların qənaətincə, bu heç də o demək deyil ki, öz şəklini çox çəkən insanlar psixopatdılar. Onların narsisizm və psixopatiya səviyyəsi normaya yaxındır, sadəcə ortadan yuxarıdır.

Məlumat üçün bildirək ki, sosial davranış üzrə tədqiqatda ABŞ-da 18-40 yaş aralığında 800 kişi iştirak edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.