Müdriklərdən Müdrik Kəlmələr

29 Ağustos 2014
10 476
0
 Müdriklərdən Müdrik Kəlmələr
 Müdriklərdən Müdrik Kəlmələr




"Yüksək müdriklik - xeyirlə şəri ayırd etməkdir" (Sokrat)

“Kim dünyanı yerindən oynatmaq istəyirsə, qoy özünü yerindən oynatsın” (Sokrat)

“Təbiət bizə iki qulaq, iki göz, lakin bir ağız ona görə verib ki, biz danışmaqdansa daha çox seyr edək və qulaq asaq” (Sokrat)

“Ən zəhmətli iş – özünü dərk etməkdir, ən yüngülü isə başqalarına məsləhətlər verməkdir” (Fales)

“Xidmət haqqında qoy onu göstərən danışmasın, bu xidməti alan danışsın” (Seneka)

"Aqil olmayan insanlar başqaları ilə mübahisə edirlər, müdrik insanlar öz-özləri ilə" (O.Uayld)

"Biliyi həzm etmək üçün, iştahla udmaq lazımdır" (A.Frans)

"Şübhə - müdrikliyin yarı yoludur" (Publiliy Sir)

“Yaxşı keçən gün sakit yuxu bəxş etdiyi kimi, faydalı keçən ömür də sakit ölüm bəxş edir” (Leonardo da Vinçi)

“Xoşa gəlməyən hadisəyə şikayətlənmək – şəri ikiqat artırır; həmin hadisəyə gülmək isə şəri məhv edir” (Konfutsi)

“Hər kim düşünmədən öyrənirsə, yanlış fikrə düşər. Hər kim öyrənmək istəyi olmadan düşünürsə, çətinliyə düşər” (Konfutsi)

“Danışmağa layiq olan insanla danışmamaq, insanı itirməkdir. Danışmağa layiq olmayan insanla danışmaq, sözləri itirməkdir. Müdrik adam nə insanları, nə də sözləri itirir” (Konfutsi)

“Bizim hər birimiz – iki hissəyə parçalanmış insan yarısıdır və buna görə hər kəs hər zaman özünə uyğun olan yarısını axtarır. Ona görə də məhəbbət – vahidlik şövqü və ona can atmaqdır” (Platon)

Qadın elə bir mələkdir ki bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir” (A.Avqustin)

“Qadında, kitabda olduğu kimi hikmət var. Onun mənasını anlamağa yalnız böyük və savadlı şəxs qadirdir. Və sən bu kitaba heç qəzəblənmə. Madam ki, onu axıra qədər oxuya bilmədin” (Ömər Xəyyam)

"Müdriklik o deməkdir ki, sən həm özünü hamıdan ağıllı hesab etmirsən və həmçinin çalışırsan başqalarından axmaq olmayasan" (Boris Krutier)

“Məhəbbət, əvəzində heç bir şey gözlənilmədiyi yerdə başlayır” (Antuan de Sent Ekzüperi)

“Sevmək – o demək deyil ki, bir-birinə baxasan, sevmək odur ki, birlikdə eyni istiqamətdə baxırsan” (Antuan de Sent Ekzüperi)

"Müdrikliyimizin mənbəyi bizim təcrübəmiz, təcrübəmizin mənbəyi isə axmaqlığımızdır" (S.Gitri)

"Azadlıq - məsuliyyətdir, ona görə də çoxları ondan qorxur" (Bernard Şou)

"Gücsüzlüyünü etiraf etmiş insan güclü olur" (Onore de Balzak)

"Dünyada baş verən bütün bəlaların çox hissəsi ona görə baş verir ki, insanlar öz məqsədlərini tam olaraq anlaya bilmirlər" (İ.V. Höte)

"Qərarsızlıq - uğursuz cəhddən pisdir" (Fernando Roxas)

“... Əsl həqiqət həmişə doğruya bənzəmir... Həqiqət doğruya oxşatmaq üçün ona mütləq yalan qatmaq lazımdır. İnsanlar həmişə belə hərəkət ediblər”
(F.M. Dostoyevski)

"Asta-asta yüksəlməkdən qorxmayın, dəyişməz qalmaqdan qorxun" (Robert Pirsiq)

"Az məlumatı olub çox danışan, pulu olmayıb çox xərcləyənə bənzər" (Napoleon Bonapart)

"Oyun bitdikdən sonra Şah da, piyada da eyni qutuya qoyulur" (ingilis atalar sözü)


Redakta etdi :Gulshen
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.