Hikmətli kəlamlar-1

25 Şubat 2015
13 998
0
Hikmətli kəlamlar-1
Hikmətli kəlamlar-1

Hz. Əbu Bəkr (r.a.) Deyir ki:
-Özünə qəbir deyil, özünü qəbirə hazırla.
-Mal xəsislərdə, silah qorxaqlarda, qərar da zəiflərdə olsa işlər pozular.
-Ölümdən qorxma ki, həyat tapasan.

Hz. Ömər (r.a.) Deyir ki:
-İnsanların ən cahili, axirətini başqasının dünyası üçün satandır.
-Çox gülənin heybəti və həyasıazalar.
-Çox danışanın səhvi də çox olar. Səhvi çox olanın həyası azalar. Həyası az olanın utanması az olar. Utanması az olanın da ürəyi ölər.

Hz. Osman (r.a.) Deyir ki:
-Çox söyləyən deyil, çox iş edən komandirə möhtacsınız.
-Allah üçün ticarət edin və qazanın.
-İnsanların ən xeyirlisi günahsız olan və Allahın kitabı ilə əməl edəndir.

Hz. İmam Əli (r.a.) Deyir ki:
-Cahillərin ürəyi dodaqlarında, alimlərin ağızı ürəklərindədir.
-Şəxsinizə pislik edən bir düşməni bağışlayın, lakin vətəninizə, millətinizə və dininizə pislik edənləri bağışlamayın.
-Çalışanlar pislik düşünməyə vaxt tapa bilməzlər; tənbəllər isə özlərini pislikdən qurtara bilməzlər.
-Ölümü unutmaq, ürəyin paslanmasındandır. İnsanlarla elə yaxşı dolanın ki; düşmənləriniz belə ölümünüzə ağlasın.
-Cahil, bilmədiyini soruşmaqdan utanmasın. Alim, içindən çıxa bilməyəcəyi bir məsələdə ‘Ən yaxşısını Allahu Təala bilər' deməkdən çəkinməsin.

Başqalarından:

-Kasıba verilən, daha onun əlinə keçmədən Allaha çatar. (İmam Zeynəl Abidin b. Əli)

-Ey qardaşım; sən, fikirdən və düşüncədən ibarətsən. Sənin insanlığın bunlardandır. Geri qalan sinir və sümükdür ki, onlar, heyvanlarda da vardır. (Mövlana Cəlaləddin Rumi)

-HƏYATIN ƏVƏZİ uzun yaşanmasında deyil, yaxşı yaşanmasındadır. Elə uzun yaşamışlar var ki, çox az yaşamışlar.
-Bir qapının bağlı olduğunu anlamaq üçün o qapını itələmək lazımdır. (Əhməd bin Hənbəl)

-İki şeyi əsla unutma: Allahı və ölümü. İki şeyi də unut: Etdiyin yaxşılığı, gördüyün pisliyi. (Loğman Həkim)


-Ölümün bizi harada gözlədiyi müəyyən deyil, yaxşısı, biz onu hər yerdə gözləyək. (Əhməd bin Hənbəl)

-Bütün siyasətçiləri, əsgərləri, böyük sandığımız insanları, yaxından tanıdığımızda kiçikdirlər. Bunun bir tək istisnası vardır, o da müsəlmanların Peyğəmbəri Hz. Məhəmməddir. (Goethe)

-Doğru yolda gedən bir topal, yolunu çaşan bir qaçışçıdan daha əvvəl çatar. (Bacon)

-İnsan ölümü düşündükcə, həyatdan daha az dad duyar, amma daha sakit yaşar. (Tolstoy)
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.