Aforizmlər

19 Eylül 2014
3 334
0
Aforizmlər
Aforizmlər

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz bundan ibarətdir. ( Cəlil Məmmədquluzadə )

Yaxşı insan olmaq üçün həm yaxşı yaşamaq, həm də yaxşı yaşatmaq lazımdır. ( Oliver Kromvel: İngilis burjua inqilabı liderlərindən biri )

Əslində, bu günlə yaşayan azdır, insanların çoxu gələcəkdə yaşamağa hazırlaşır. ( Conatan Svift: İngilis yazıçısı )

Dəbdəbəli, parıltılı dünyada yaşamaqdansa, isti, kiçik və doğma bir aləmdə ömür sürməyi üstün tuturam. ( Artur Şopenhauer: Alman filosofu )

Yaşadığımız hər günün dəqiqəsini özümüzə sərf etsək, gələcəyimiz üçün arxayın ola bilərik ( Mari Fransua Arue Volter: Fransız filosofu və yazıçısı )


Hər ümidin puça çıxandan sonra yeni bir ümidə sarılmaqdır yaşamaq. ( Naməlum )

Uzun yaşamaq üçün deyil, düzgün yaşamaq üçün çalışmalıyıq. ( Litsi Anney Seneka: Qədim Roma filosofu )

Hamımız yenidən doğulmalıyıq. Sonra bir daha da...bir daha da doğulmalıyıq. ( Bernard Şou )

Nə qədər yaşayırsınızsa-yaşayın, ilk iyirmi il ömrünüzün ən uzun yarısıdır. ( Robert Sauti: İngilis yazıçısı )

Biz elə yaşayırıq ki, sanki hər birimiz padşahıq. Bunun ucbatından dilənçiyə çevrilirik. ( Frans Kafra: Avstriya yazıçısı )

Sən çörəyi yeyəndə, mən isə çörəyi verəndə yaşayıram. ( Naməlum )

Arxada qoyduqlarımızın qəlblərində yaşamaq ölməməkdir. ( Donald Tomas Kampbel: Amerika sosioloqu )
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.