Dahilərin müharibə haqqında AFORİZMLƏRİ

27 Şubat 2017
4 223
0
Dahilərin müharibə haqqında AFORİZMLƏRİ
Feat.Az sülh və müharibə haqqında aforizmləri təqdim edir:

*Bu günümüzün necə olmasından asılı olmayaraq, bizim sabahımız sülhdür. (V. Hüqo)

*Sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir. (V.Hüqo)

*Müharibə analar üçün ən dəhşətli lənətdir. (Qoratsi)

*Müharibənin nəticələri həmişə böyük fəlakət və ümumi əxlaq pozğunluğuna gətirib çıxaracaq. (Lev Tolstoy Nikolayeviç)

*Yadelli qəsbkarlara qarşı hər cür üsyan hər bir xalqın birinci borcudur və bu, qanunidir. (Stendal)

*Pulları məhv etmək, müharibələri məhv etmək deməkdir. (Siseron)

*Müharibə qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir. Lakin bəzilərinin qanını, bəzilərinin isə göz yaşlarını alır... (Tekkerey Uilyam)

*Müharibə siyasətin başqa vasitələrlə davamıdır. (K. Klauzeviç)

*Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir. (J. Lakorder)

*İnsanları öldürmək üçün kəşf edilən güllə, top, bomba, raket, barıt və digər silahlardan daha dəhşətli nə ola bilər? (Lev Tolstoy Nikolayeviç)

*Hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı, özünü müdafiə edən xalq məğlubedilməzdir. (Napoloen Bonapart)

*Əgər biz sülh içində yaşamaq istəyiriksə, mütləq mübarizə aparmaq lazım gələcək. (Siseron)

*Düşmənin gücünü qiymətləndirməməkdən böyük bəla yoxdur. (Lao –Çzı)

*İncəsənətdə və ədəbiyyatda olduğu kimi, müharibəni də böyük pullar idarə edir. (Batler Samuel)

*Döyüşdə növbə və dəstək yoxdur. Nə vaxt ki, düşmənin öhdəsindən gələcəksən, xidmət də o zaman qurtaracaq. (Suvorov)

*Müharibə dövlət xəzinəsini tükədəcək. Məgər məğlublardan alınanlar onun yerini doldura bilər? Qədim romalılardan başlayaraq, mən heç bir
xalqın qələbə sayəsində varlandığını eşitməmişəm. (Volter)

*"Sən" və "mən" anlayışı olmasa idi, indi dünyaya sülh hakimlik edirdi. (Fildinq Henri)

*Müharibə gələndə bütün qanunlar susur. (Lukan Mark Anney)

*Böyük məsələlər qətnamə və danışıqlarla deyil, dəmir və qanla həll edilir! (Otto fon Bismark)

*Qazanmaq idarə etməkdən asandır. Müvafiq vasitənin köməyilə dünyanı bir barmaqla sarsıtmaq olar. Amma onu saxlamaq üçün Herakl çiyinləri lazımdır. (Jan-Jak Russo)

*Pullar müharibənin beynidir. (Siseron)

*Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!

*Sülh vaxtı adam öldürmək cinayət, müharibə zamanı qəhrəmanlıq sayılır!

*Heyvanlar müharibə etməyi bacarsaydı, ilk müharibələri insanlara qarşı olardı!
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.