Tarixi şəxsiyyətlərdən qısa dialoqlar..

08 Aralık 2014
6 907
0
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar..
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar..


Volter
Fransız yazıçısı və filosofu Volter bir nəfər ruhaninin onun qonaqpərvərliyindən istifadə edərək evinə tez-tez
qonaq gəlməsindən bezir. Nəhayət, yazıçı ona deyir:

— Sizinlə Don Kixotun arasındakı fərqin nədən ibarət olduğunu bilirsinizmi? Don Kixot hər bir karvansaranı saray hesab edirdi, siz isə hər bir sarayı karvansara hesab edirsiniz!

Corc Vaşinqton
ABŞ-ın ilk prezidenti olmuş Vaşinqton günlərin bir günü səyahət edəndə gəlib Corciya ştatında kiçik bir
kəndə düşür. O kənd restoranına girib üç yumurta bişirtdirmiş və yedikdən sonra:

— Nə qədər verməliyəm? — dedikdə:

— Yüz dollar! — deyə, restoran sahibi cavab verir. Qiymətin bu qədər baha olduğuna təəccüb edən Vaşinqton:

— Görünür, sizin yerlərdə yumurta nadir tapılan şeydir! — deyir

— Xeyr cənab, yumurta nadir tapılan şey deyil. Bu yerlərdə prezident nadir görünən şəxsdir! — deyə cavab verir.

Volfqanq Motsart
Bir gənc bəstəkar məşhur alman bəstəkarı Motsarta müraciət edərək soruşur:

— Simfoniyanı necə yazmaq lazımdır?

— Siz hələ gəncsiniz, yaxşı olardı ki, əvvəlcə ballada yazmaqdan başlayasınız! — deyə Motsart cavab verir. Gənc bu məsləhətə etiraz edərək deyir:

— Siz özünüz simfoniyanı on yaşına çatmamış yazmağa başlamadınızmı?

— Doğrudur… Ancaq mən simfoniyanı necə yazacağımı başqasından soruşmamışdım! — deyə cavab verir.

Aleksandr Düma
Aleksandr Düma xəstə olduğu zaman yanına gəlmiş həkim deyir:

— Vəziyyətiniz ciddidir, siz hər bir təsadüfə hazır olmalısınız. Sizin bu çətin günlərinizdə görüşmək istədiyiniz biri varmı?

Düma bu sual qarşısında bir qədər fikirləşib deyir:

— Əlbəttə!

— Kiminlə görüşmək xəyalınız var?

— Başqa həkimlə! — deyə cavab verir.


Albert Eynşteyn
Albert Eynşteyn səliqəsiz geyinən və dalğın düşüncəli bir insan idi. Bir gün də dərin düşüncəyə daldığı halda gedərkən dostlarından birinə rast gəlib deyir:

— Axşam bizə qonaq gəl, professor Stimson da bizdə olacaqdır.

— Stimson elə mən özüməm də! — deyə dostu cavab verdikdə:

— Heç əhəmiyyəti yoxdur. Hər halda sən gəl! — deyib alim sözündə israr edir.

R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.