Sadə,Köhnə və Boş

27 Ağustos 2014
1 615
0
Sadə,Köhnə və Boş
Sadə,Köhnə və Boş


Sadə,Köhnə və BoşYazmalıyam nəsə...yazmalıyam ki,göstərim burdayam,haralardasa buralarda,ən azından yaşayıram demək üçün,yaşayıram deyə təsəlli vermək üçün.Və adamı vuran şey odu ki,bunu özün özünə deməlisən,yəni nəsə orada yalan var,onu qəbul etməyə hazır olduğunu da bilirsən,amma bunun axırının olmadığınında fərqindəsən.Amma yenə özünə etiraf edirsən ki,bəlkə bir şans yaradasan ? iməyləmək üçün,elə uşaq kimi,təzə öyrənən uşaq kimi,gəzməyi də,danışmağı da,cəzaları da,mükafatları da.Söhbət etmək istəyirsən amma söhbətinin anlamını axtarırsan,sonra bir baxırsan ki,məyərsə söhbətə başlamısan bele...
Hər şeyin bir zamanı var idi.Amma həqiqətən də "Bir" dənə idi, "təkcə" idi, "Yalnız" idi...Olub keçən zamanların yanlızlığından peşman olanlar da var idi,yanlız olacağını bildiyi üçün o zamanları qoruyub saxlayamaq istəyənlər də...Bir də zamanı düşünməyənlər vardı,"Düşünməmək"dən də üstün uyuşdurucunun bağımlıları."Davamiyyət"ə aludə olanlar !. Bu o biri insanların "Qısqanclığı" idi,düşünənlərin "Nankorluğu" idi,hər şeyin ən qısası və heç bir şeyin sonsuzluğu...Sadə,Köhnə və Boş
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.