Belə olmamalı idi

03 Mayıs 2015
1 333
0
Belə olmamalı idi
Belə olmamalı idi

..qaşqabaqlı boz kütlənin içində itmək dən qorxduğum üçün anamın əlindən möhkəm tutmuşdum.. metro ilə harasa gedirdik..birdən gözüm ona sataşdı.. qarşıdan qəzəblə öz özünə danışa danışa gələn həmin o qadını gördüm..üzü çox gözəl idi..amma həddən artıq hirsli..çox qorxmuşdum,dəli olduğunu zənn etmişdim..anamın əlindən möhkəm sıxıb sürətlə addımlamağa başladım..qadın get gedə bizə yaxınlaşır,o yaxınlaşdıqca üzündəki vahiməli ifadəni görüb ürəyimin daha sürətlə döyündüyünü hiss edirdim..məsafə azaldıqca qadının gözlərindəki yaşı gördüm və qorxum nədənsə birdən birə keçdi..ağlayan insanlara qarşı həmişə zəif olmuşam mən..lap uşaqlıqdan..bu qadında da belə oldu..tam yanımızdan keçərkən qadın göz yaşını silib bu sözləri pıçıldadı:”belə olmamalı idi”..

Belə olmamalı idi

O vaxt sadəcə, mənə və anama bir zərər vermədiyi üçün sevinib dərin bir nəfəs aldığımı xatırlayıram,başqa heçnə fikirləşmədim..o qadın həmin gündəcə yadımdan çıxmışdı..amma nədənsə böyüdükcə hər metroya girişimdə,həmin yerlərdə o qadını və sözlərini xatırlayıram..nə yaşamışdı,nə onu bu qədər çarəsiz etmişdi? kim bilir..böyüdükcə bu cümlə daha da doğmalaşdı mənə..daha çox işlətməyə başladım, bəlkə də buna görədi..və bir şey çox aydındı artıq..bu cümlə ancaq ümidin tükəndiyi vaxtlarda işlənilirdi..çarəsizliklə barışdığın zamanlarda.."güclü" olmaqdan bezdiyin zamanlarda..və gedənin dönmədiyi anlarda..həyatımız boyu işlətməkdən qorxduğumuz söz idi bu..bu gün də,sabah da,digər günlərdə də işlətməkdən qorxduğumuz söz olaraq qalacaq..belə olmamalı idi..


C.MəsudəBelə olmamalı idi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.