Kiməm mən?

03 Mayıs 2015
1 276
0
Kiməm mən?
Kiməm mən?

..kiməm mən?..mənim istədiyim həyat və yaşadığım həyat arasındaki fərq nədən ibarətdir? hər gün fikirlər dolanır başımda bu barədə..deyəsən,rahat yaşamağın birinci şərti cəmiyyətdən əvvəl özgüvəninin olmasıdır..geyiminə,gözəlliyinə,fikirlərinə qarşı özgüvən..bizim ən böyük dərdimiz,çatışmamazlığımızdır bu..bu gün mən istədiyim paltarı geyinib küçəyə çıxa bilmərəm.."millət nə deyər" qorxusudur bu? yoxsa tam olaraq "mən" olmamağımmı? niyə inqubator cücələri kimi hamı eyni olmalıdı? eyni geyim tərzi,eyni düşüncə,eyni düz baxış?!..
Kiməm mən?


qayıdaq illər əvvələ. ilk dəfə kostyum geyinən kişilərə baxaq.. hamı onlara nalayiq sözlər deyirdi ki,sən kişi kimi geyinmirsən, qalstuk taxırsan..ilklər həmişə çətin qəbul olunur..amma hal hazırda ideal kişi profili fikirləşəndə ağlımıza gələn ilk şey əynində kostyum,əlində diplomat olan biridir.söhbət burda geyimə olan fikrin dəyişməsindən getmir,geyim və fikir qəlibləri hər 100 ildən bir inqilab yaşayan,tamam dəyişən bir şeydir..Coco Shanelin gözəl sözü var:"Dəb bu qədər sıxıcı bir şey olmasaydı,6 aydan bir dəyişməzdi"..söhbət burda özgüvəndən gedir.cəmiyyətin nə dediyini qulaq ardı edə bilməkdən gedir..

Kiməm mən?

baxaq daha uzaq keçmişə..bu gün çoxları tərəfindən bəyənilərək oxunulan kitabların yazarı Oscar Wild`ə..kitablarında həmişə onu ciddi biri olaraq təsəvvür etmişik.amma o "kişi adam" fikrinə baş qoşmurdu,atlas,ipək parçalardan geyimlər geyinir,aksesuar taxırdı..şüşə qablardan kolleksiyası var idi,məsələn..anası onu belə böyütmüşdü.çünki.. həmişə qız övladı olmasını arzulamışdı..amma o böyüdükdən sonra da belə olmağı seçdi..həç kəs onu qəbul etmədi...sonunda bir oteldə tək başına öldü..amma öz seçimi ilə ..istədiyi kimi yaşayaraq..
bu gün biz ölsək nə dəyişəcək? bir şey dəyərli olduğu zaman onu itirəndə acı verər insana..bu gün ən böyük problemimiz "mən" yox "biz" olmağımızdır..fərd yox topluluq olmağımızdır..

Kiməm mən?

baxaq digər ölkələrə..Yaponiyaya,məsələn..orda cəmiyyət içərisində xüsusi azadlıq var.avtobusların çoxunu qadınlar idarə edir və indi eyni şeyi bizdə düşünün..düşündüz? yox? elə mən də bacarmadım:) siz küçədə çox rahatlıqla istədiyiniz geyimdə,istədiyiniz tərzdə gəzə bilirsiniz..çünki burda "qınaq" anlayışı yoxdur..çünki burda "fərd" olmaq aylayışı var."özinkişaf" "tolerantlıq" anlayışı tam olaraq inkişaf edib..öz cəmiyyətimizdə başqalarının həyatına o qədər adaptasiya olmuşuq ki,özümüzü unutmuşuq biz..özümüzdəki eyibləri görmədən başqasındaki "-" ləri mənimsəyirik nədənsə..

Kiməm mən?

bu bir növ Skandinavya ölkələrindəki yazıçıları xatırladır..dünyanın ən xoşbəxt insanları sayılır bu ölkədəki insanlar,hətta bu barədə bir sorğu keçirilmişdi,ən xoşbəxt insanların cədvəlində Danimarkalılar 8,3, Finlandiyalılar ise 8,1 də idi amma son vaxtlar ən çox cinayət və qorxu janrındaki kitablar bu ölkələrdə yaşayan yazıçılardan çıxır..belə baxanda,bu nəticəyə gəlirəm ki, insan elə bir varlıqdır ki,sıxışdırılmaqdan da şikayətcidi,rahat yaşam standartlarından da..hamınıza "özünüzü" tapmağı arzu edirəm..



Kiməm mən?C.Məsudə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.