Dəli kimi sevmək

04 Mayıs 2015
1 736
0
Dəli kimi sevmək
Dəli kimi sevmək
..dəli kimi sevmək..sən də eşitmisən yəqin bu ifadəni..bəlkə də işlətmisən..həmişə maraqlı olub görəsən dəli kimi sevmək necə olur?
Dəli kimi sevmək
Hər gün görmək istəyidir bu? yoxsa səsini eşitmək ümidi?..yuxuda görəcəyinə inanıb yatmazdan əvvəl onun haqqında çox düşünmək ? ona qarışa bilmədiyin üçün özünü söymək?
Dəli kimi sevmək
Ağlamaq..ən pis anında ona yazıb dərdləşmək istəyini məhv edən cəsarətsizlikdir insanı dəli edən?..yoxsa soyuq cavab alacağından qorxmaq?..uşaq kimi möhtac olmaq..onun yoxluğunda özünü itirmək..
Dəli kimi sevmək
Vecinə olmasan da səni ən çox onun başa düşəcəyinə inanmaq..yazdığı hər yazını öz üstünə götürmək? onun hər yerdə səni izlədiyinə inanmaq..mənasız,məntiqsiz..səbəbsiz şəkildə ona sadiq qalmağa çalışmaq..hərəkətlərinə iki qat diqqət etmək..
Dəli kimi sevmək
İlahi..yazdıqca anlayır insan nə qədər axmaq olduğunu..içimdəki bu lənətdən xilas olmaq gəlir içimdən..amma buraxmaq istəmirəm..məhkumam mən..könüllü məhkum..nəbzimi yavaşladan..nəfəsimi kəsən boynumdaki bu "kəndiri " sevirəm..dəli kimi sevmək?..hə..deyəsən..


Dəli kimi sevməkC.Məsudə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.