Əsl qorxunu kəşf etmək

05 Eylül 2014
1 939
0
Əsl qorxunu kəşf etmək
Əsl qorxunu kəşf etmək

Əsl qorxunu kəşf etmək

Bir Sultan saray əhliylə birgə dəniz səyahətinə çıxmağı qərara alır. Beləliklə, onlar gəmiyə minib açıq dənizə çıxdılar.
Gəmi sahildən aralanan kimi heç vaxt dəniz səyahətində olmayan, həyatının çox hissəsini dağlarda keçirmiş saray adamlarından biri qorxusunu gizlədə bilməyib, hamını narahat etdi.
Həmin kişi gəminin anbarında oturub elə hey qışqırır, yeyib-içməkdən imtina edir, yatmırdı. Hər kəs onu sakitləşdirməyə cəhd edir, ona başa salmağa çalışırdılar ki, hər şey onun düşündüyü kimi təhlükəli deyil. O isə onların sözünü eşitsə də vəziyyətində heç bir dəyişiklik olmurdu. Sultan nə edəcəyini bilmirdi, mavi səma altındakı sakit dənizdəki səyahət onlar üçün əzaba çevrildi.
İki gün keçdi, amma gəmidə olanların heç biri kişinin bağırtısından bir dəfə də olsun rahat yata bilmədi. Artıq Sultan sahilə qayıtmaq haqqında əmr vermişdi. Bu vaxt sarayda öz müdrikliyi ilə tanınan bir kişi Sultanın yanına gəlib deyir:

— Əlahəzrət, əgər icazə versəydiniz, mən o kişini sakitləşdirərdim.

Azacıq tərəddüddən sonra Sultan müdrik kişiyə deyir ki, nəinki ona icazə verir, əgər kişini sakitləşdirə bilsə lap onu mükafatlandırar da.
Müdrik kişi əmr edir ki, qışqır-bağır salan kişini dənizə tullasınlar. Bir neçə nəfər gəminin anbarında oturub qışqıran kişini qamarlaylıb dənizə tulladı.
Kişi bir az suda çabaladı, çoxlu duzlu dəniz suyu uddu, suyun üzünə çıxıb əvvəlkindən də möhkəm bağırdı, yenidən batdı. Sonra var qüvvəsini toplayıb bir daha suyun üzünə çıxdı. Yalnız bundan sonra müdrik kişi onu sudan çıxarmağı əmr etdi.
O vaxtdan etibarən heç kim kişinin səsini eşitmədi, azacıq da olsa gileylənmədi. Səyahətin qalan günlərini sakitcə başa vurdu, hətta yanındakılardan birinə səmanın və dənizin necə gözəl olduğunu da demişdi.
Gəmidə olan hər kəsə əzab olan səyahət gözəl istirahətlə əvəz olundu.

Geriyə qayıtmazdan bir neçə gün əvvəl Sultan həmin müdrikin yanına gedir, ondan soruşur:

-Hardan ağlına gəldi ki, yazıq kişini dənizə atmaqla o sakitləşəcək?
Müdrik cavab verir:


-Mən bunu özümün evlilik həyatımdan bilirəm. Mən həmişə arvadımı itirməkdən qorxurdum, o qədər qısqanc idim ki, mən də bu kişi kimi bütün günü qısqanclıqdan qışqırıb- bağırırdım. Bir gün arvadım daha dözmədi, məni tərk edib getdi. Mən onsuz yaşamağın əzabını daddım. Arvadım bir şərtlə geri qayıtdı ki, mən bir daha qısqanclığımla onun həyatını zəhər etməyim. Bu kişi də heç vaxt duzlu dəniz suyu daddmamışdı, heç vaxt suda boğulanın nələr çəkdiyini hiss etməmişdi. O bunları hiss edəndən sonra gəminin içində olmağın necə rahat olduğnu başa düşdü.

Əsl qorxunu kəşf etmək
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.