Bağışla məni Allah

23 Mayıs 2015
2 866
0
Bağışla məni Allah
Bağışla məni Allah
Sevgi... Son zamanlar tarixçəmə baxanda bundan əsər-əlamət qalmamışdı.Biz daşıya bilmədik içimizdə bu duyğunu.Günəş çıxdıqca muasir olan ölkəm...Mən təmiz hissləri, ölü gözəlliyə dəyişən insanlar gördüm.Yazmaqla kifayətlənmədiyimi anlayıb uzaqlaşdım.Əslində million illər əvvəl insanlar vəhşi deyildilər.Əslində vəhşi olan parçalayan deyil,vəhşi olan lağ edəndir, bizim kimi.Biz çox güldük sevgidən danışan şairə.İllər keçdi və həmin şair keçmişdə yazdığı yazılara baxıb güldü. Sevgi?! ...

İnsanları daha çox maraqlandıran mövzular var əslində. Sevda ərinə necə xəyanət etdi,digər oğlan hansı sözünə görə döyüldü,Mənsur hansı vinesinin nəticəsində daha məhşur oldu və.sƏslində insanlar anlamadığı şeyləri daha çox sevir.Yazıda tanımadığı sözləri görəndə dahada maraqla oxuyur.Mən Bakının gözəlliyindən ilham alaraq, rüşvət götürən milləti seyr etdim,muasir gələcəyimdə.Artıq bulvarda qocalara yer yoxdu.Çünki onlar öpüşən insanların yerinə pul vermirlər.
Bağışla məni Allah
Gənc nəsil nümayəndələri bir neçə qurupa bölündü. Bir neçə partya yarandı,bir neçə yalançı vədlər verildi,unuduldu, İlahi unuduldu!

Keçmişimiz unuduldu! Torpağımız uğrunda ölən şəhidlər unuduldu!


İlahi bizə kömək et.Bizdə gənc nəsilik axı.Mahnılarda nə tapdı mənim bu millətim?!Allahım məscidlərin yanında tikirlər, adını çəkmək istəmədiyim yuvaları!Allahım kömək et mənə yox edim Gənc nəslin creativ bədbəxtliyini!Allahım təbimi artır məhv edim önümdəki əngəlləri!

Şair qələmi yerə qoysa müharibə bitəcək! Amma mənim qələmimin çirneli sona yaxınlaşır.Bağışla məni Allah pulum yox ki alım,yeni qələmlər.Pul indi kasıb insanlarda gəzir,məndə yox!

Mən insanlara nəsə öyrədə bilmərəm, çünki məndə onlardan biriyəm...!


Bağışla Allahım məndə onlardan biriyəm...
Bağışla məni Allah
Mənim millətimə lazım deyil həqiqət.

Allahım onlar məndən yaxşı bilirlər həqiqəti.Amma dərinliyi heç kim anlamaq istəmir.Çünki onlar bu dövrü,bu mahnıları,bu çirkinliyi üstün bilirlər!
[
- Mən gedim artıq Allah.Məni bağışlamaq üçün bir neçə səbəb olacaq mütləq.Bağışla məni Allah,həqiqəti çox yaza bilmədim,çünki məni evdə ailəm gözləyir!...
Bağışla məni Allah
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.