`O`GeτDi.....

06 Haziran 2015
1 539
0
`O`GeτDi.....
`O`GeτDi.....
O getdi –Ardına belə baxmadan, yaşadığımız hər şeyi silərək, Ardında gözü yaşlı birini qoyub getdi. Gedərkən heçmi düşünmədi məni, nələr yaşayacağımı. Bu qədərmi dəyərsiz oldum mən onun üçün? Onun həyatında artıq başqası var...Amma mənim yox...O xoşbəxtdir, amma mən yox...Zəif nöqtəm onu hələ də unuda bilməməyimdir. Onu həyatımdan çıxara bilmirəm. Niyə sevgim mənə bu qədər əzab verir? Sevmək günahdı? Günah deyilsə niyə onu yaşayan hər kəs əzab çəkir? Mənim kimi...Amma bir fərq var bəlkə də onların yaşadıqları həqiqi idi və heç olmasa onlar həqiqi sevgiyə görə əzab çəkirlər...Mənsə yalan...Yalan bir şeyə görə hər gecə ağlayır, hər gün bir az daha bu həyat qarşısında kiçilirəm...Bir gün bu yalan sevgi ucbatından məhv olacağımı bilirəm. Amma qarşıma məqsəd qoyub onu unutsam bunların heç biri baş verməyəcək...O xoşbəxtdi və mən də olacam...Mən də yeni həyat qurub sadəcə olaraq xoşbəxtliyimi,gələcəyimi düşünəcəm...Dəyişəcəm...Bir tək bir şey qalacaq –
Qəlbimdəki... O


`O`GeτDi.....

Mən sevindim onu tanımağıma, ona güvənməyimə, onu sevməyimə. Özümü dünyanın ən xoşbəxt insanı sayırdım onu sevdiyim üçün. Hər gün bir azda gələcəyə ümidim artırdı. Amma hardan biləydim ki, sevgisi yalan, sözləri güvənilməz, gözləri aldadırdı. Bu həyatın qanunudur? Sevirəm deyib sonra bir qələmdə silmək? Hər şey bir yalandan ibarət idisə mən niyə xoşbəxt idim? Hansı günümə sevinirdim? Fikirləşirəm ki, hər şey yalan idi o unutdu, sildi, hətta başqasıyla yeni bir həyata belə başladı. Bəs mən niyə hələ də xoşbəxt ola bilmirəm, niyə hələ də onu unuda bilmirəm, mən niyə silə bilmirəm? Bəlkə də bu bacarmamaq deyil, sadəcə olaraq unutmaq, onu həmişəlik həyatımdan çıxartmaq istəmirəm. Axmaq kimi gəlməyəcəyini bilə - bilə onu gözləyirəm. Niyə belə olduğunu bilmirəm amma ümidimi heç itirmədən gözləyirəm. Görəsən o indi xoşbəxtdir? Bir şeyi anlaya bilmirəm bir insan necə sevməyə - sevməyə yalandan sevirəm deyə bilər? Necə? Sevgi bu qədər alçalıb və ya onu bu qədər alçaldıblar?
Harda qaldı unudulmaz insanı qəlbən saflaşdıran sevgi? Nə zaman məhv oldu? Niyə artıq baxdığım hər insanın gözlərində inam axtarırsan? Bu bizim zəmanəmizdi – sevginin yerlə bir ayaq altına alındığı ZƏMANƏ...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.