"Darıxdım"

07 Haziran 2015
2 003
0
"Darıxdım"
"Darıxdım"
- Hər gün səni gözləyirmişəm, xatirə dolu küçələrdə, bu gün fərqinə vardım. Sən demə günlərdi, gözlərim səni axtarırmış, dost olduğum parklarda. Artıq yaza bilmirəm səndən.Qələmimdə çirnel, ruhuma sən çatışmırsan.Vaxt keçdikcə unudarsan dedilər, vaxt keçdikcə özümü unutdum. Çünki məni mən edən sənidin gül üzlüm. Boş qabın içidə dolu görsənər, qarnın tox olarsa. Ruhumda elədir, sən varsan xoşbəxt olmağı düşünmürəm, doymuşdum o mövzuda. Bu qədər acı yazmaq nəyə lazım, hə?!
- Bağışlamağı bacarmalı idim, amma... Unut yazılarımı, unut qadın. Bu gün içimdə bir boşluq hiss etdim, o sən deyildin. O sənsizlik idi! Acılarla böyüyən uşaq, pultlu maşın yox, sadəcə biraz nəvaziş arzu edər. Dördüncü idoloji cərəyan idin həyatımda . Günahı ilə savabı bərabər olan bir kəsə nə cəza verə bilərdi yaradan?...
- Gecələr yanaqlarıma, payızın sakit yağışı tökülür .İçimdə qışın soyuğu gəzir, üşüsəmdə, sevdiyim fəsil olduğu üçün etiraz etmirəm. Sən gedəndə bəri, sanki günəşdə gec batır. Sırf içimdəki qarı əritsin deyə. İstəmirəm isti fəsil, istəmirəm yeni insanlar, qayıt gəl, sən gedəndən özümə gələ bilmirəm.
- Bəs niyə soruşmursan ki, bir yazıda həm gəlməyini, həm getməyini niyə istəyirəm?!...
- Bağışla, unutmuşdum bu sadəcə bir yazıdır. Bu gün doğurdan da, çox darıxdım, bilməni istədim sadəcə. Sadəcə "darıxmışam" demək istədim, bu qədər cümlə hardan yarandı, özüm belə çaş-baş qaldım. Bağışla canım-gözüm, bu yazını boş ver, özünü quru. Bu gecədə belə bitdi...
"Darıxdım"

- "Darıxdım"Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.