Axı niyə ayrıldıq?

08 Eylül 2014
3 167
0
Axı niyə ayrıldıq?
Axı niyə ayrıldıq?



Axşam düşür...Bir günün də sonu çatır.günəş buludların arxasına keçir yavaş-yavaş...
Səni də aparır özü ilə.Hə,sən axı mənim günəşim idin...
Günəşim...Mənim qaranlıq,kölgələrdən qalın tor hörmüş sükut dolu dünyama öz parlaq şüalarını işıq salan günəşim.Sən adi günəş deyildin.Sən heç vaxt batmırdın.Səhər çıxıb gecə tərk etmirdin məni.
Günəşim idin...Hər səhər gözlərimi açanda ürəyimə səpdiyin istilik daha da artırdı.Dünyanın ən bəxtəvəri sanırdım özümü.Günəşim idin...
İçimdəki arzuları bir çiçək toxumu təki gün-gündən nazını çəkdin,əzizlədin...
O toxum dirçəldi,böyüdü,tumurcuqlandı,şaxələndi.Nəhayət,çiçək göründü.Necə də gözəl idi...Günəşim idin...
“Günəşom idin” deyirəm.Keçmiş zaman...Çünki indi mənim dünyam yenə qaranlıqdı.Yenə səs-səmirsiz...Yenə sönük...Yenə ölü...Amma bu gün də üzümdə gülüş görə bilərlər.Bu gülüşü həmişə görəcəklər.

Həyat ən ağır sillələrini üzümə vursa da,sənsizlik məni yıxıb sürüsə də mənim üzümdə gülüş görəcəklər...Heçkim mənim gözümdə yaş görməməlidi!Görməyəcək!Heçkim!
Hətta sən də...Özüm öz əllərimlə buraxdım səni.Saxlaya bilərdim,amma saxlamayacaqam.Sənin yaxşılığın üçün,sənin xoşbəxtliyin üçün saxlamayacağam...
Axı canım,mənim sənə olan sevgim ölçüyə gəlməz.Əsl sevənsə...Əsl sevənsə öz sevdiyinin xoşbəxtliyi üçün bədbəxt də olmaqı gözə alar.
Mən əsl sevənəm.Odur ki,səni sənin üçün tərk edirəm.İstəyirəm nifrət edəsən mənə.Hə,nifrət elə.Dünyanın ən pis insanıyam mən,ən pis.
Belə günahsız,səmimi sevgi dolu baxışlarını uzaq tut məndən!
Nifrət dolu gözlərlə bax mənə.Bəlkə o zaman biraz azaldı əzabım...

Sənin üçün ən sevimli şairimin şeirini yazıb göndərmişdim səsimlə.Hə,Bəxtiyyar Vəhabzadənin.O,şeirdəki bu cümlələr hal-hazırda bizim üçün yazılıb canım;
“Ayrıldıq...Bilmədik neçin,nədən biz...Ayrıldıq...Ayrılmaq istəmədən biz...”

Redaktə etdi: Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.