NİYƏ ANA??

14 sentyabr 2014
2 509
10
NİYƏ ANA??
NİYƏ ANA??


Anam! Niyə bu qədər çox sevirsən məni, əziz anam? Niyə mənim kədərimə kədərlənib, sevincimə sevinirsən? Sənin öz sevincin, kədərin yoxdurmu? Niyə mənim həyatımçün, xoşbəxtliyimçün yaşayırsan, ana! Sənin öz həyatın yoxdurmu?

Mən ac olanda ac olursan, tox olanda tox. Niyə? Sənin öz nəfsinmi yoxdu, ana?! Niyə bu qədər çox sevirsən məni? Səni sənin qədər sevə bilmədiyimi, sənə mənə yandığın qədər yana bilmədiyimi bilə-bilə, niyə bu qədər sevirsən məni?


Gəncəm... “gəncliyini doyunca yaşa, ailə həyatının yükü yorar səni, hələ bacarmazsan” deyirsən. Bəs sən? Sənin gəncliyin olmadımı, ana?! Sən ki, tez aldın o yükü çiyinlərinə, yaşamadın gəncliyini. Yoxsa yenə məni düşündün, mən dünyaya gələm məni sevəsənmi deyə? Yoxsa, dünyaya gəlmədiyim vaxtdanmı sevmişdin məni, mənə qovuşmaq üçünmü mənə yaşatmaq istədiyin gəncliyi özün yaşamadın?

Mən də sevdim səni... Amma başqasını da sevdim. Səndən çox düşündüm onu, ağladım onun üçün. Gözlərimin dolmasını belə istəmədiyin mən, ağladım... Hiss etdin bunu bəlkə də, sən də ağladın. Amma mən başqası üçün, sən mənim üçün... Niyə?

Ürəyini görmək istərəm, qəlbinə girmək, orda tutduğum yeri görə bilməkçün. Kiməm orda, varlığım sənin üçün nə deməkdir ki, bu qədər çox sevirsən məni, ana! Bilirəm Allah verib bu sevgini sənə, səni mənim üçün yerdə yaşayan mələk olaraq göndərib...


İndi yoxsan yanımda... Səni istəyirəm, darıxıram sənsiz. Qayğın üçün, mehriban səsin üçün, mənə mərhəmətlə baxan gözlərin üçün, səni incidən də belə mənə sığal çəkən əllərin üçün çox darıxıram, məlhəmim anam!

Bilirəm ki, sən də məni istəyirsən, mənim üçün darıxırsan. Amma mən öz rahatlığım üçün, qollarında cənnəti tapmaqçün istəyirəm səni. Sən yenə mənə rahatlıq vermək üçün, yenə məni düşündüyün üçün istəyirsən məni, ana!


Sənin sevginə qarşılıq verə bilməmək əzab verir mənə. Sevmə məni... Bu qədər sevmə. Sevginə haqsızlıq edirəm, ana! Sənin qədər sevə bilmirəm səni... Ya öyrət mənə sənin məni sevdiyin kimi sevim səni, ya məndən səni sevdiyim kimi məni sevməyi öyrən özün, canında canımı yaşadan ANAM!!!



Redakta etdi:Gulshen
RƏYLƏR
▶❤❤ ✦ U r E k L e R d E ✦ ❤❤◀
Ana bawqa weydi...79
...:::NiHaD:::...
anaya can qurban
Omrum Ikimizin
Anama canim qurban
_Əlinin Aşkı_
qeweng yazidi cox beyendim
nece yeni niye anan
anan bizi boyudur boya bawa catdirir
More
  • More
  • 19 sentyabr 2014 16:53
Qeweydi caan cox saol
...:::NiHaD:::...
Sitat: Bahar
Anam! Niyə bu qədər çox sevirsən məni, əziz anam? Niyə mənim kədərimə kədərlənib, sevincimə sevinirsən? Sənin öz sevincin, kədərin yoxdurmu? Niyə mənim həyatımçün, xoşbəxtliyimçün yaşayırsan, ana! Sənin öz həyatın yoxdurmu?
Bahar
  • Bahar
  • 14 sentyabr 2014 14:19
Anam! Niyə bu qədər çox sevirsən məni, əziz anam? Niyə mənim kədərimə kədərlənib, sevincimə sevinirsən? Sənin öz sevincin, kədərin yoxdurmu? Niyə mənim həyatımçün, xoşbəxtliyimçün yaşayırsan, ana! Sənin öz həyatın yoxdurmu?
нσƨт αʟʟıαпcε
xebere gore minnetdariq
Alessia
Buyurun oxuyun... ...Ve $ablon $erhler yazmiyin.!

Sitat: DelixaNa ReiSi
bu kelew menim qelbimde en uca yerdedi cox sagol can

Xowdur..oxuduguncun tewekkur edirem..
✔ӄɨռɖɛʀ ֆʊʀքʀɨֆ✔
bu kelew menim qelbimde en uca yerdedi cox sagol can
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (29)
21:00
607

Həyatımın Qadını Yazılı Şəkilləri 2019 (29)

24.08.2019 Gündəlik Bürclər (24 Avqust 2019 Günlük Bürclər)
20:00
1 506

24.08.2019 Gündəlik Bürclər (24 Avqust 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (240)
19:00
675

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (240)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (317)
18:00
580

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (317)

Bu yağ süd vəzilərini anomal həddə böyüdür - DİQQƏT
17:00
142

Bu yağ süd vəzilərini anomal həddə böyüdür - DİQQƏT

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
222

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Sevgilim Yazılı Şəkilləri 2019 (56)
15:00
648

Sevgilim Yazılı Şəkilləri 2019 (56)

Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI
14:00
111

Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI

Bürclər Haqqında Maraqlı Məlumatlar (581) - Fotolar
13:00
416

Bürclər Haqqında Maraqlı Məlumatlar (581) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 531 İRƏLİ