Sən mənim olmadınki

11 Eylül 2014
1 715
0
Sən mənim olmadınki

Sən mənim olmadınki

Sən heç mənim olmadın ki...
Səninlə olmanın ən gözəl tərəfi bilirsən nədir?
Əlin əlimə dəymədən ovuclarının istiliyini içimdə hiss etmək, səninlə olmanın pis tərəfi bilirsənmi nədir?"Səni Sevirəm" sözü dilimin ucunda olarken, hər danışmamızda havadan, sudan danışmaq, səninlə olmanın ən həyəcanlı tərəfi bilirsən nədir?Eyni şeyləri səninlə eyni anda düşünmək, birlikdə ağlamaq, gülmək və burda ikən sənin üçün dəlicəsinə darıxmaq...Səninlə olmanın ən acı, ən ağrılı tərəfi bilirsənmi nədir?Səni heç tanımadığım bir çox insanla paylaşmaq...Sənin yanında olan, səninlə danışan hər kəsi qısqanmaq...səninlə olmanın ən xoşbəxt tərəfi bilirsənmi nədir?Sənsiz gecələrdə sənə söyləyə bilmədiklərimi ulduzlara, aya izah etmək, oxuduğum kitabın səhifələrində, dinlədiyim mahnıların, şe"rlərin hər misrasında səni tapmaq...Səni itirmək qorxusu ilə həyatda ilk dəfə daddığım o tərifsiz duyğularımı ümid dənizinin ortasında kürəksiz bir qayığa həbs etmək...Sən mənimlə heç olmadın ki...Olsaydın, ovuclarım tərləməzdi, darıxmazdım sən yanımdaykən səni qısqanmazdım, qorxmazdım yollarda getməkdən, islanmazdım yağışlarda, ulduzlara, aya dərd yanmaz belə hər mahnıda sərxoş olmazdım, qorxmazdım səni itirməkdən...Amma sən heç mənim olmadın ki...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.