Əsl məhəbbət əfsanəsi

03 Kasım 2015
1 380
4
Əsl məhəbbət əfsanəsi
Əsl məhəbbət əfsanəsi


Aleksander və Janett Tojkolar 8 yaşları olanda tanış olmuşdular.
1940-cı ildə evləndilər, 5 övlad valideyni oldular, ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərində yaşadılar.
75 illik ailə həyatından sonra onlar eyni gündə vəfat etdilər.
Bir-birlərinin əllərindən tutaraq.
ABC-yə istinadən bildiririk ki, 84 ildən bəri Aleksander sevdiyi Janettin fotosunu portmonesində saxlayırdı.
İkinci Dünya Müharibəsinin veteranı Aleksander Tojkonun səhhətində ötən ilin əvvəllərində problemlər yaranmışdı. 2014-cü ilin payızında o, yıxılıb baldır sümüyünü sındırandan sonra vəziyyəti daha da ağırlaşmışdı.
Xəstəxanada müalicə olunandan sonra həkimlər 95 yaşlı Aleksander Tojkonu evə buraxmışdılar.
A.Tojko xüsusi çarpayıya məhkum qalmışdı.


Əsl məhəbbət əfsanəsi

Ərinin səhhətində problemlər yaranandan sonra 96 yaşlı Janett Tojkonun sağlıq durumu da pisləşmişdi.
Tojkoların övladlarının dediklərinə görə, onların ata və anasının yeganə arzusu əl-ələ tutub ölməkdi.
Həyatları boyu bir-birlərini sevmiş, bir-birlərinə sadiq qalmış ərlə arvadın istəklərini, deyəsən, Tanrı eşidib.
Aleksander Tojko keçinəndən cəmi 3 saat sonra Janett Tojko da vəfat edib.
Səhər saatlarında onların böyük qızı Eymi Tojko-Koşman otağa girəndə ata və anasını çarpayıda yanaşı uzanmış vəziyyətdə, əl-ələ tutmuş halda görüb.
Onların ikisi də ölmüşdü.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. NURUS
    • NURUS
    • 3 Kasım 2015 16:41
    SEVGI YOXDU SEVGIYLE HORMETI SEHV SALIRLAR
  2. BaRCaLi_QiZ
    maraqliydi tewekkurler
  3. Zemichka
    oxudum maraqli yaziydi redaktede sade twkler)) ...
  4. -Aydan-
    (...--Buyurun--....)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.