Bu gün

11 Kasım 2015
1 293
2
Bu gün
Bu gün

Bu gün

Bu gün yenədə yad insanlar toplusu ilə qarşılaşdım boş küçələrdə. Hər kəs harasa tələsirdi, amma kiçik bir qız, əlində kuklası, bərələn gözləri ilə göyə əl edib gülümsəyirdi. İlk dəfədi yağışın yağmasını izləyir sanki. Elə bil yağış, sırf bu balaca qız xoşbəxt olsun deyə göydən süzülürdü. Yağış, damla-damla qızın yanaqlarıyla oynayıb, ordanda yerə enirdi. Qız, hər kəsin önündə gülümsəyirdi, amma heç kəs onu görmürdü. Hərə bir problemin arxasıyca qaçırdı, Bakıda yalnızlıq və səssizlik höküm sürürdü...
- Birdən balaca qız mənə yaxınlaşıb, gözləri ilə başdan-ayağa məni süzdü. Sonra baxışları ilə, mənə əyilməmi xahiş etdi.
- Əyildim.
- Əllərimi bir-birinə birləşdirib, gözlərimdən tutdu. Gözlərimi yumub, damlaların səsini eşitməyimi istədi. Sonra isə, əlini ürəyimə qoyub, döyüntülərə diqqət etdi. Və birdən əlini üstümdən çəkib, yavaş-yavaş kiçik addımlarla məndən uzaqlaşdığını hiss etdim. Gözlərimi açıb, ayağa qalxdım. Balaca qızın gözlərinə fikir verdim, çox qorxurdu. Üzünə acı bir ciddilik çökdü anidən. Özümdə də ciddilik yarandı. İrəli bir addım atdıqca, o məndən iki addım geri çəkilirdi. Gözlərindəki baxış, üzündəki təbəssüm bir neçə dəqiqənin içərisində tamamı ilə yox oldu.
- Çox üzüldüm, mən yerimdə dayansamda, o hələdə məndən uzaqlaşırdı. Bir-iki addımdan sonra, gözdən itdi qəfil.Addımlarımı tezləşdirib, sağa-sola boylandım.İçimdə təlaş, hər saniyədən bir artmağa başladı. Nə qədər axtarsamda, tapa bilmədim. O artıq getmişdi...
- Birdən yağış yavaşımağa başladı. Əlim ilə başımı sıxıb, dəli kimi sağa-sola baxmağa davam etdim. Elə o vaxt, gözlərim yerdə islanmış məktuba sataşdı. Maraq və təəccüb içərisində məktuba tərəf gedib, onu yerdən götürdüm.
- Kimdən düşə bilərdi axı bu məktub, heç kim burdan keçməmişdi?....
- Məktubu səliqə ilə açıb, cəmi bir cümlə oxudum, yazılan bir cümlə!....

-" Səndə onlardan birisən"
Bu gün

- Süleyman liyevBu gün
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Sonda deyilən söz bir az pis oldu ..
    -Təşəkkürlər..
  2. AleDa
    • AleDa
    • 11 Kasım 2015 13:19
    Maraqlı hekayedı.. Ama sonun elede basa dusmedım..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.