Qorxulu hekayə +18

21 Eylül 2014
34 544
13
Qorxulu hekayə +18
Qorxulu hekayə +18

2005-ci ildə 13 yaşındaydım. Bir gün dostumun evinə getmişdim. Bizim evimizdən çox da uzaq da yerləşmirdi. Onlarda oturarkən fərqinə də varmadan 4 saat keçmişdi. Artıq gec olmuşdu, dostum onlarda qalmamı istədi. Mən də anama zəng edib icazə aldım. Sonra gecə olmuşdu artıq yatmaq vaxtı gəlmişdi. Dostumun otağında qalacaqdım. Otaq geniş idi. Mənim yatdığım yer də qapıya yaxın idi. Tam yuxuya girəcəkkən birdən qapının arxasındanbir qadının səsinə oxşar qışqırıq eşitdim. Qorxudan ne edəcəyimi bilmədim, birinci dəfə idi ki dostumgildə qalmışdım. Ən əsas da ki bu cür vahiməli səsi birinci dəfə eşitmişdim. Sonra əmin olmaq üçün dostumu oyandırdım. O küçə pişikləri olduğunu söylədi. Yat fikir vermə dedi. Amma mən inanmadım, səsi eşitdiyimə əmin idim. Dostumu ayağa qalxmağa məcbur edib arxayın olmaq üçün fənəri götürüb qapını açdıq mənim əlimdə də fənər var idi. Qapıdan təzə çıxmışdıq ki, aşağıya doğru sürətlə qaçılan ayaq səslərini eşitdim. Biz də yavaş yavaş aşağıya zirzəmiyə endik ən sonunda səslər zirzəmidə bitdi. Sonra həyəcanla zirzəminin şüşəsindən gizlicə içəriyə baxdıq və nə görək?! Üstü başı qanlı ağızı burnu yarımçıq olan ağappaq bir şey var idi. Yerdə uzanmışdı. Gözlərimizə inanmadıq. Nə olduğunu bilmədən qorxudan dərhal evə qaçdıq dostuma bu hadisəsni atana deməliyik - dedim. O isə səhər olsun izah edərik dedi. Otaqda qorxudan nə edəcəyimizi bilmirdik. Səhərə qədər yata bilmədik. Gözümüz elə qapıda qalmışdı. Arabir isə aşağıdan gələn səslər bizi daha da qorxudurdu. Səhər açılanda dostum atasına hadisəni izah etdik, atası isə gülərək siz xəyal görsünüz dedi. Aşağıya endiyimizdə heç bir şey görə bilmədik, amma mən zirzəminin şüşəsində əl izinin qaldığına fikir verdim. Belə bir şeyin olduğuna inanırdım... Yuxarı qaıxdıq. Mən evə getməyə hazılaşırdım. Dostumun atası isə işə gedirdi. Bir çıxaq dedim, dostum da məni ötürmək üçün çölə çıxdı. Binanın qarşısında polislər var idi. Yaxınlaşıb nə olduğunu soruşanda bir qızı bu gecə maşın vurub öldürdüyü üçün məhəllədə axtarış etdiklərini dedi. gündən sonra qorxumdan o məhəlləyə addımımı belə atmadım. Bu hadisəni danışanda mənə inanan da oldu inanmayan da...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
DaTo
  • DaTo
  • 11 Ocak 2017 21:52
men bir defe yatanda gozumun qabaginda cadrali bir ruh kmi sey gordum :( hemde oleccek adamlari evvelceden yuxuda gorurem cox vaxt ....
herden neyise hiss edirem bilirem nese var yanimda mene toxunur baxir ele bil menen oyniyir......
Hande
  • Hande
  • 5 Kasım 2016 22:34
mende birsey demek isteyirem. belke inanmayacagsiz. ama arada ele bil meni kimse cagirirm gelirem sorusuram meni çağıran siz idiz? deyrwm hamisi deyrki biz deyldk. men hemise esidirem adimi bir iki defe cagirirlar. gedrem ki nolub. deyrler seni çagıran olmayıb şok oluram. bezileri deyrki şeytandı bilmirem. ne oldugunu.
Ziyaretçi sema
Men de basima arabir gelen bu hadiseni danismaq isteyirem.Bezileri inanir bezileri inanmir.Men namaz qiliram.Namaza teze teze baslayanda hemise casirdim.Fikirlesirdimki teze baslamisam namaza onnandi.Bir defe yene namaz qilirdim nedense hiss eledimki arxamda kimse var.Fikir vermedim namaza davam etdim.Duzu cox qorxmusdum.Sonra axsam oldu namaz qilirdim indiye qeder yadimdadi kiminse nefesini arxadan hiss eledim.Namaz qutarandan sonra cox qorxmusdum.Dostlarima dedim dedilerki seytan seni casdirir namazi buraxma.Yene bir gun namaz qilacaqdim isiqlar sondu anam namaz qildigim otaga iki sam qoydu.Allahin izniyle namaz qilmaga basdadim.Yene kimise hiss eledim qaranliq oldugundan daha cox qorxdum namazi yarida kesmedim.Anamgil o biri otaqdaydilar.Men secdeye eyilerken qerar verdimki arxaya bir az baxim.Hec ne gore bilmedim.Namazi qurtarmaga az qalmis iiqlar yandi.Namazi qurtarib uc defe Allah seytana lenet elesin dedim.Bezen yene kiminse oldugunu hiss edirem amma daha qorxmuram.Allahdan basqa hec kimden hec meden qorxmaq lazim deyil
gulaga
gece saat 12 de xais edirem bir defe guzguye diqetle baxin gorun ne olaca q yada ki gece tek oldugunuz yerde donub arxaniz a baxin
Pasha
  • Pasha
  • 27 Ocak 2016 23:39
Axax bu nediki bele

Mmmmmmsjsjisks uwuuuwja ajjwkwkwk jai

Menim basima iki defe bele anormal hadiseler gelib amma day bele fantastik yoxda.....birin paylawim sizle esgerlik boluk novbetcisiydim bizim herbi hissede xaraba xana idi sssrdien qalma muharbe dovrunden qalmiwdi sadece biz orda nezaretci mimi qalmiwdiq cast xaraba idi yeraldi qospitallar yataqxanalar ve sair..neyse bir gun novbede olduqum zaman post naryadini deyiwmeye aparirdim naryadi aparib deyiwib gelende iki nefer idi birde men veri qayidanda xarabaya donmuw kohne yemek xana vardi boyuk onun yanindan kecen zaman gece saat 4 de qiz usaqinin aglamaq sesi geldi qulaqimiza hardasa 3 4 yawda olan qiz usaqi ay mama deyerek aglayirdi bu bir nece deqqiqe davam etdi duzunu desem qorxumuzdan az qala ureyimiz gede deli kimi qiwqira qowqira qacmaq gelirdi icimizden dilimiz tutulmuwdi ses kesilende yavaw yavaw kazarmaya teref getdik catan kimi olanlari bolme novbetcisine meruze etdim oda fikirlewdiki kimse yeqin usaqi geturib atib biz 3 esger men ve bolme novbetcisi getdik hemin yemey xanaya biz catanda aglamaq sesi geldi yene bolme novbetciside tam emin oldu biz iceri daxil olduq komeye bir nece esgerde geldi ora icer giren zaman ses kesildi biz usaqi sesleyerek axtarmaqa bawladiq her yeri ewdiy tokduy girmediyimiz yer qalmadi yemek xana hedden artiq boyuk idi muharbe illerinden qalmiwdi ne qeder axtardiqsa hecne tapa bilmediy sesde gelmedi axir geldiy kazarmaya bundan bir nece gun sora ise esgerimizden biri o sesi yene ewitmiwdi gece qorxudan bir iki gun ozune gele bilmedi..indiye qederde fimirlewirem bu ne ola bilerdi cox maraqlidi menimcun ...bu olanlar sadece bir qara basmadi yoxsa nedi bilmirem olanlarda heqiqetdi bu hadise 17.02.2014 cu ilde baw verib
mustafa
  • mustafa
  • 8 Ocak 2016 21:15
yaxsi idi düzdü qorxdum ama maraqlı idi
Zinuş
  • Zinuş
  • 15 Aralık 2015 19:09
Çoxx maraqlıdir
_Əlinin Aşkı_
dzun desem qorxudan oxumadimmm
Cuppuw
ay Allah axwam yattammiyacam indi
Bahar
  • Bahar
  • 22 Eylül 2014 14:07
maraqlidi goresen dogurdan olub bele hadise