BƏXTSİZLİK bu olsun gərək ...

23 Eylül 2014
1 558
0
BƏXTSİZLİK bu olsun gərək ...
BƏXTSİZLİK bu olsun gərək ...

BƏXTSİZLİK bu olsun gərək ...Ömürlük həbs cəzasına
məhkum edilmiş bir adam,
səhər axşam həbsxanadan
qaçmanın yollarını
düşünürmüş. Bir gün bağçada
istirahət vaxtı gözətçilərin bir
tabutu cənazə avtomobilinə
yüklədiyini görüncə nəhayət
aylardır axtardığı fikri tapmış.
Bura böyük bir həbsxana
olduğu üçün hər həftə mütləq
2-3 adam ölürmüş.
Məhkum gözətçilərədən birinə
cənazə olduğu bir gün tabuta
qoyularaq qaçırılması
qarşılığında çox böyük pul
təklif etmiş. Gözətçi
qorxduğundan əvvəlcə imtina
etmiş, amma sonra pulun
cazibəsinə dayana bilməyib
təklifi qəbul etmişdir.
Gözətçi adama gecə
cənazələrin saxlandığı yerin
açarını vermiş. İlk cənazədə
adam tabutun içinə girəcəkmiş.
Cənazə dəfn edildikdən sonra
da, gecə gözətçi gəlib adamı
məzardan çıxaracaqmış.
Plan eynilə baş tutmuş. Qaçma
atəşiylə yanıb qovrulan
məhkum ölüyə fikir vermədən
tabutun içinə girmiş. Səhər də
gözətçilər tabutu cənazə
avtomobilinə yükləmiş və
qəbiristanlığa aparıb
basdırmışlar.
Məhkum gözətçini çox
gözləmiş, lakin gözətçidən bir
əsər-əlamət yox imiş. Xeyli bir
zaman keçəndən sonra artıq
məhkum narahat olmağa
başlamış. "Görəsən özüm çıxa
bilərəmmi?" deyərək ətrafı
araşdırmaq istəmiş. Cibindən
güc-bəla ilə alışqanını çıxarıb
yandırmış. Tabutun üstünü
araşdırarkən gözü bir an
yanındakı ölüyə sataşmış və o
andaca donub qalmış!
Yanındakı cəsəd razılaşmanı
etdiyi gözətçi imiş!BƏXTSİZLİK bu olsun gərək ...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.