Bir təbəssüm axtarıram...

23 Eylül 2014
5 254
0
Bir təbəssüm axtarıram...
Bir təbəssüm axtarıram...



Bir təbəssüm axtarıram...
Bir təbəssüm axtarıram...
Dərdlərimi, sərlərimi unutduran,
Məni mənlə ovutduran,
Axşamları kölgəm kimi, təqib edən izlərimi,
gözlərimi, sözlərimi;
Bir nöqtədən ayırmağa gücü yetə,
canımda bir tərpənişi işıldada, bir meh kimi əsə – ötə.
Bir təbəssüm axtarıram...Bir təbəssüm axtarıram...Bir təbəssüm axtarıram...
Şikayəti heç olmayan,
Qəhərlənsə də dolmayan,
Sipər edən sinəsini bəd duaya, bəd əmələ.
Bardaş qura bir çömələ;
Əllərimdən yapışaraq qaldırmağa gücü yetə
büdrəsə də, cizgisində hər şey itə.
Bir təbəssüm axtarıram...
Bir təbəssüm axtarıram...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.