SəNə Yazdım....Bu gecəni..

26 Eylül 2014
2 290
0
SəNə Yazdım....Bu gecəni..
SəNə Yazdım....Bu gecəni..




Həzin piano ilə başladı hər şey...bu cümlələr...keçmişdə olan hisslər və gələcəyə bağlı ümidlər...bir ümidin qəlbində....sınıq olmaq nə deməkdir....ən yaxşı mən bilirəm yəqinki....artıq köməyi yoxdu bu adi gecələrin....yağışlı...Sahil küçələrinin...pəncərəni aç...havası dəyişsin otağın....bəlkə getdi içimdə olan yalnızlıq...artıq heçnə təsir etmir..ki səni yaradım....yeni dozaya ehtiyacim var...yoxsa səndə köhnəlirsən...artıq??yoox inanmıram...bəlkə bunun adı??yoo inanmıram...o olsun...
Yeni hisslərə bəzən ehtiyac duyulur...bəzən isə..özünə qapanıb...kəşf etmək istəyərsən...bəzən heç getmək istəmərsən...bəlkə sevərsəən ama...gedərsən....bəzən məhz acı çəkmək üçün gedərsən....bəzən tək qalıb...ağlamaq istərsən yalnızlığına...bəzən..bəzən darıxmayasan deyə bütün günü yatarsan....yalnızlığını...görüb yalandan gülərsən...bəzən payızı axtarıb darıxmaq istərsən....bəzən məni tanıdığın üçün özünü söyərsən....hər kəs birinci sevib sonra niyə ...qaçır..məndən deyə fikirləşərsən......??bəzən isə məni tanıdığın vaxtları yada salıb...kaş ki...getməzdim ...deyərsən...bəzən qürur...qoymaz heç nəyə...bəzən hər şeyi söyüb başlayarsan sevməyə...bəzən darıxarsan biri üçün...hər kəs darıxır bu şəhərdə...hər kəs axşamlar..yorğanın altında ağlayıb....Tanrıdan kömək istəyir...ağlayırlar...hər kəs zəifidi...əslində...hər kəs maska taxar əslində...güclülük maskası....ancaq hər kəs ağlar...hər kəsi Yalnızlıq ağladar...çünki Bakıda heç kəs sevmir...çünki hər kəs ...xoşbəxtdi..gün batanda isə...yalnızlığı hiss edər..Bakı...

Bu gün iyini hiss etmək üçün....çıxdım gəzməyə...Bu şəhərdə...iyi hiss etmək olmasada..mən cəht etdim....bir kitab qoxusu ilə əvəz etdim səni...Milenanı oxuyub Kafkaya yazığım gəldi...sonra...bunu yazmağa başladım...indidə təkəm...və yalnızlığı...hiss etmək...üçün...Sevirəm...
mən səni hər gün görürəm...bilirəm harda olursan....düz yol...sol döngə....danızə...yaxın...
...bu gündə...gördüm...sən isə görüb utandın...Həmişə ki kimi...Ancaq Tanımadın...mən güldüm ...sən isə başını aşağı salıb uzaqlaşdın...

Yaz yaz poz...yenidən yaz...həyatım kimi melonkolik sən sevgilim....ilk dəfə səni yaradanda 17 yaşım var idi elə o vaxtdan səni gülər üz...şıltaq yaratdim ki özüm kimisinə tab gətirmərəm...səni sevə bilməzdim....bir gün bəlkə...hardasa..əşhi boş ver bundan sonrası maraqsız gələcək....
elə bilməki unudulmusan....heç kəs unudulmur...mənim kimilər bir qadından yazar həmişə 5 il 10 il keçsə beləə....bu gecədə məni xilas etdiyin üçün sağ ol...ama hər dəfə yazandan sonra...yaşamaq həvəsin alan bu cümlələrin...mənası nədir hələdə başa düşmürəm...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.