"Darıxdığım kəs"

27 Ocak 2016
2 244
2
"Darıxdığım kəs"
"Darıxdığım kəs"
"Darıxdığım kəs""Darıxdığım kəs" Son gedişindən sonra, ilk dəfədir səni görürəm, ilk dəfədir sürətini izləyirəm.İllər uzunu, üzünə həsrət qalmışdım, dərdimin yaradılış səbəbi.Heç dəyişməmisən gözəl üzlü övliyam. Siyah saçlılarını yana töküb, mavi gözlərinlə uzaqlara baxırsan yenədə. Amma baxışlar ögey, bu səfər çox təhlükəli.
- Nədən böylə üzgün, nədən böylə pərişan?...

Elə bir əda ilə baxırsan ki ətrafa, sanki məndən qeyri nəsə itirmisən, özlü yollarda. - Kimlərdən ayrı düşmüsən, nələri unutmusan?
- Zülfündə ayrı bir qoxu, başqa bir oxşama gəzib sanki. Əminəm, nə badi-səbadan, nədə şanədəndir. Küləklərin işi deyil, çox güman, özgə əllərin nəvazişidən doğur bu seçilmə...
- Sənin öz dünyan var idi axı, gözlərinin dərinliklərində kök salmış dünyan. Kim çıxartdı onu üzə, bu qədər dayaz olmağın yaraşmır gözlərinə. Səliqəli baxışlarını, dağınıq hisslərlə əcr etmisən. - Cismini ruhunla əvəz etsən, üzündəki yaraların fərqinə vararsan. Bilirəm məni düşünmürsən, amma düşündüyün insan yaxşı biri deyil. Güzgüyə deyil, özünə baxsan anlarsan doğru söylədiyimi. Yəqin məndən apardığın eşqidə qırışdırmısan...
- Sənin kimi zalım üməraya, bu ürəyi əmanət etməli deyildim. - - Eynimdə əfsər paltarı, qayıdıram yenə atıldığım yerə. Bilsəm dönməzdim bu şəhərə, bilsəm... Əslində bilirdim burda olduğunu, bilirdim gəlib uzaqdan cisminlə tək tərəfli söhbətləşəcəm... Amma bacarmadım, dözə bilmədim, çünki bu dəfə daha çox özlədim səni...
"Darıxdığım kəs"

- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    daha once oxumuşdum..cox sag olun paylaşim ucun
  2. Leyli
    • Leyli
    • 27 Ocak 2016 21:30
    super tewekkur

    super tewekkur
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.