İnandığımız nağıllar 2-ci hissə (1 il əvvəl)

23 Mart 2016
1 856
1
İnandığımız nağıllar 2-ci hissə (1 il əvvəl)
İnandığımız nağıllar 2-ci hissə (1 il əvvəl)


İnandığımız nağıllar 2-ci hissə (1 il əvvəl)
Yazar: Məsudə Cabbar
İnandığımız nağıllar 2-ci hissə (1 il əvvəl)

İnandığımız nağıllar 2-ci hissə (1 il əvvəl)"Demokrasi onları hak edenler içindir,arkadaşlar"
Siyasət müəllimimizin ən çox işlətdiyi cümlə.
Dərs zamanı dəqiqələrlə onun danışdıqlarını dinləmək normal bir tələbə üçün dözülməz işgəncə saylısa da niyəsə mən, onun dediklərini təhlil etməkdən sıxılmırdım. İqtisadiyyat universitetinin türk dünyası işlətmə fakültəsində təhsil alırdım. Müəllimlərimizdən bir çoxu türk idi. Dillərinin "şirinliyindən" idi ya nə,bilmirəm,amma dərsi sevdirirdilər insana. Bizim təhsil sistemindən on qat daha ağır olsa da özünə görə ləzzəti var idi. Rüşvət deyilən anlayış keçmirdi ,məsələn. Canın çıxsa da bütün imtahanlardan keçməli idin. Keçməsən, ta ki, keçə bilənə qədər universiteti illərlə oxumalı idin. Bu universitetə qəbul olunana qədər o qədər əziyyət çəkmişdim ki, illərlə burada qalıb dadını çıxara çıxara oxuya bilərdim. Amma ,təbii ki, daha bir çox planlarım var idi və burada ilişib qalmaq ağılsızlıq olardı.
Uşaqlar yenə aralarında nə isə danışıb gülüşürdü. O dərəcə yüksək idi ki, səs küy, müəllimin səsini güclə eşidirdim. Nə vaxt bir az asta olmalarını demək istəsəm içimdən bir şey məni saxlayırdı. Onlardan biri idim nəticədə və məni "oxuyan uşaq" elan edib sıxıcı biri kimi qəbul etmələrini istəmirdim. Təbii ki, hər zaman belə quzu tipli biri deyildim. Bizim də özümüzə görə " çaqqallıqlarımız" var idi . Keçən il ,yəni on birinci sinifdə oxuyarkən məktəbdə etdiklərimizi düşünən zaman bəzən həqiqətən insan olduğumuza belə şübhə edirdim. Yox ,yəni hansı ağlı başında insan direktorun itini qaçırıb bütün bədəninin tükünü qırxaraq təkcə quyruğunun tükünü saxlayıb onu da yaşıl rəngə boyayar və bundan zövq alardı ki? Amma biz dörd oğlan ( ən yaxın "kruqum") bunu edərkən o qədər əylənmiş və gülmüşdük ki..
Təkcə bu da deyil üstəlik..Dərs vaxtı bütün sinif otaqlarının qapısını açıb içəriyə beş altı dənə "vzrıv paket"i birdən atmağımızı və ya bir sıra önümdə oturan qızın belinə qədər uzanan saçlarını düz yarısından qayçı ilə kəsməyimizdən , ya da tarix müəllimimizin oturacağına yapışdırıcı sürtməyimizdən..
Universitet nə qədər can alıcı görünsə və ya xəyalları bəzəyən gözəl istək olsa da məktəbin yerini vermirdi.. Ən azından mənim üçün.. Gözəl hiss idi, əlbəttə, tələbə olmaq. Burada da yaxşı uşaqlar az deyildi. İlin bitməsinə az qalmışdı artıq və çoxunu biraz da olsa tanıyırdım.
Bəziləri türk idi, bəziləri rayondan gəlmiş uşaqlar,bəziləri də mənim kimi şəhərdə yaşayıb oxuyanlar.
Biz şəhərin düz mərkəzində yaşayırdıq. "Sovetski" tərəfdə. Amma yaşadığımız məhəllə heç də "mərkəz" adına laiq deyildi. Uçuq sökük və olduqca köhnə evlər idi. Evimiz bir otaqlı idi . Yataq otağımız, qonaq otağımız, mətbəximiz..Hər şeyimiz o balaca otaq olmuşdu bu iyirmi üç ildə..
İnsan hər mühitə alışır, hər şəraiti mənimsəyir zamanla. O qədər sıradan gəlirdi ki, hər şey, sanki elə belə də olmalı imiş kimi..
İnsan ilk nə zaman hiss edir "fərqli" olduğunu ,bilirsinizmi?

Məsələn , ilk dəfə hansısa dostunun və ya sinif yoldaşının evinə gedərkən.. O geniş otaqlar, ayrıca salon, yataq otaqları.. Niyəsə içinə bir utanma hissi dolur həmin anlarda. Heç kəs fikir vermir buna, heç kəs fərqli yanaşmır sənə oysa ki.. Heç çoxunun xəbəri belə olmur sənin yaşadığın yerdən.. Amma niyəsə qəribə hiss edirsən.. Balacalaşırsan sanki.. Təbii ,sonra keçib gedir.
Vərdiş edirsən..
Buna da.
Hədəflərin yaranır bir müddət sonra. Düşünməyə başlayırsan, suallar verirsən özünə.
Nə zamana qədər ? deyirsən. Nə vaxta qədər bu cür davam edəcək ? Bir şey etmək lazımdır. Bir şeylər etmək, nail olmaq, xilas etmək, yaşamaq,nəfəs almaq..
Və bunu necə edə bilərəm ? deyirsən.. Ancaq oxuyaraq..Adam olaraq..Pul qazanaraq..
Artıq internet klublardan uzaqlaşmalısan, bütün günü küçələrdə veyillənməməlisən..Tinlərdə dayanıb gecə baxdığın futbolu müzakirə etməməlisən..

Qəribədir, bir an gəlir və birdən birə böyüyürsən..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    bir anliq meni mekteb illerime apardi.bu hissesi tessirli oldu:((maraqli geldi mene inshALLAH Gorek novbeti hisselerde ne olacaq..cox teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.