İnandığımız nağıllar 5-ci hissə

26 Mart 2016
1 593
1
İnandığımız nağıllar 5-ci hissə
İnandığımız nağıllar 5-ci hissə

Məsudə Cabbar


İnandığımız nağıllar 5-ci hissə

Gitaramı dəfələrlə əlimə aldıqdan, barmaq uclarım qızarıb göynəyənə qədər simlərini sıxdıqdan sonra yemək hazırlamağa qərar verdim. Çünki sabahdan bəri bir dilim tortdan başqa bir şey yeməmişdim. Təbii ki,ən sevimli yeməyimi bişirdim. Kartof qızartması !
Biraz artıq etdim ki, anama da yeyə bilsin. Axşam saat yeddidə anam evə gəldi. Həvəslə gitaramı göstərib olanları danışdım. Məni diqqətlə dinlədi, gülümsədi,dəfələrlə təbrik edib dualar oxudu. Amma nə isə var idi. Bir şeylər yolunda getmirdi və bunu hiss edirdim. Bir neçə dəfə anda verib nə olduğunu soruşsam da mənə heçnə demədi. Atam gecə saat on birdə evin yolunu tapıb qapını açdı.
Çox içməmişdi ,deyəsən. Normal yeriyə bilirdi ən azından.
Təbii ki,nə ad günüm olduğunun nə də otağın ortasında dayanan gitaranın fərqinə varmadı. Dümdüz yanımızdan keçib əl üzünü yudu,sonra da yerinə uzanıb gözlərini qapadı .
Onu izlədikdən sonra səssizcə anamla bir birimizə baxdıq..
Bunu o qədər etmişdik ki..
Gecədən xeyli keçmişdi amma səhər bazar günü olduğundan tez yatmamışdım. Qısıq səslə atvdən gedən Avatar filminə artıq dördüncü dəfə idi baxırdım.
Anam işdən hər zaman çox yorğun gələr, evə tez bazar əl gəzdirər,səhərin yeməyini hazırlayar və yatardı.
Amma həmin gün oyaq idi. Yerinə uzanmışdı amma yuxuda deyildi,bilirdim.
Sonra birdən məni yanına çağırdı. Və yanına uzandım. Hə, o yaşda belə anamın qucağında uzanmaqdan utanmırdım. Bunun ləzzətini heçnə vermirdi.
Başımı çiyninə qoyaraq sakitcə dayandım. Bir dəqiqə sonra alnıma dəyən su məni fikrimdən oyatdı.
- Ana ? - dedim əndişəli şəkildə

- Şşş, sakit ol, atan yatıb - deyə cavab verdi ,hər zamankindən daha yorğun bir səslə
- Niyə ağlayırsan? Nə baş verib?
- İndi sənə bir söz deyəcəyəm, Teymur, amma mənə sonuna qədər qulaq asıb, başa düşəcəyinə söz verməlisən
- Ana , məni qorxudursan. Nə olub axı?
- Heçnə olmayıb, gülüm, sadəcə anan bir az xəstələnib.
- Xəstələnmisən? Sənə nə olub? Qızdırman var ? - əlimi tez alnına qoyub yoxladım- Nənəmin yolladığı mürəbbədən açım ? Gözlə sənə bir çay gətirim- tez ayağa qalxmağa çalışdım,amma məni çiynimdən özünə sıxıb əngəllədi.
- Yox,əzizim, o xəstəlikdən deyil
Səssizliyimi qorudum. Düşünməkdən qorxurdum. Nə olacaqdı ki,başqa?
- Bəzi xəstəliklər çox tez keçib getmir. Məsələn, qrip kimi olmur. Daha uzun müddət davam edir.
- Ana, uşaq deyiləm, nə olubsa birbaşa de.
Nəfəsimi tutdum

- Uzun müddətdir, narahatlıqlarım var idi. Başım dönürdü, ağrılarım olurdu. Xəstəxanada bir iki həkimə dedim. Test verməyimi tövsiyyə etdilər. Mən də qan analizi verdim. Bu gün cavabları çıxmışdı. Qanımdaki leykosidlərin sayı həddindən artıq çox çıxdı.
- Yəni..
Yox..Yox, bircə bu olmasın..
- Qanımda xərçəng var imiş

Mədəsinin üzərinə qoyduğum əlimi qeyri ixtiyari yumruq halında sıxdım. Ürək ritmimin ani sürətlə qalxması gözlərimin yaşla dolmasına səbəb olsa da, ağladığımı görməsini istəmədim. Amma başıma çəkdiyi hər sığal sinirlərimin boşalmasına və gücsüz düşməyimə səbəb oldu. O gecə ikimiz də səhərə qədər yata bilmədik..

İnandığımız nağıllar 5-ci hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    xeste oldugunu texmin etmisdim ama xesteliyine gore anasinin olumunu istemez deyede dushunurdum..gorek neler olacaq maraqli hekayedir.teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.