Bir arzu tut: 4-ci hissə

25 Mart 2016
1 700
2
Bir arzu tut: 4-ci hissə
Bir arzu tut: 4-ci hissə

Yazar: Məsudə CabbaBir arzu tut: 4-ci hissə


Bir arzu tut: 4-ci hissə
Demi , narazı şəkildə əlini Benjaminə uzatdı. Hər halından bəlli idi ki, gecikmə mövzusu və dünən axşamdan bəri xəbər ala bilməmək onun heç xoşuna gəlməmişdi. Cazibədarlığı və ürkək, çəkingən hərətəkləri ilə Aleksin diqqətini çəkən Castin , yəni, yeni vücudu ilə Jasmin bir an əvvəl öz dərdinə çarə tapmaq üçün yollar fikirləşirdi. "Voooouuu" səsləri ilə bəylə gəlin kilsə qapılarından içəri daxil oldu. Jasmin himcimlə Aleksi səsləməyə çalışsa da Aleks Benjaminin düz yanınca irəliləyərək axına qarışdı.
- Zibil!
Padrenin sözlərini təkrarlayaraq evlilik bağını bərpa edən bəy və gəlin çəkilən şəkillərdən sonra axşamki dəvət üçün hazırlanmaq üzrə yenidən evə yollananda Jasmin küncdə dayanmış Aleksin kilsədən çıxmasını gözləyirdi. Aleks arxayınlamış bir tərzdə kilsədən çıxarkən sol qolundan tutub özünə tərəf çəkən əlin kimə aid olduğunu görməyə vaxt tapmadı.
- A..Nə baş verir! Ouu, siz.. sizi bayaq da gördüm, yəqin ki, gəlinin rəfiqələrindən birisiniz

Castin Aleksin qulağının dibindən nə qədər sərt vurmağa zalışsa da yeni vücudunun qazandırdığı bir zərifliklə şillə ilişdirdi.
- Aleks! Özünə gəl, mənəm Castin! Başıma açdığın oyuna bir bax!
Aleks eşitdiyi cümlələrdən ciddiləşsə də anidən gülməyə başladı
- Hə,mən də Obamayam.Çox da zarafatcılsınız. Hə, hə, başa düşdüm! Siz Castinin dostusunuz. Yaxşı, bəs özü hanı? Düşünür ki, bu zarafatı bizi qorxudacaq? Məncə özünə deyin ki, nigahda iştirak edə bilmədiyi üçün Benjamin ondan bərk inciyib.
- Çərənləməyi kəs!!! Sənə deyirəm, ki, mən Castinəm! Dünən dediyiniz o zibil hər nə idisə mənim başıma gəlib! Sən, nənəndən danışmışdınm, məni dərhal yanına apar, bu işi düzəltsin!
- Əzizim, sakitləş, sözlərini yaxşı əzbərləmisən amma biz daha əyləncəli vaxt keçirə bilə..
- Ay sənin əyləncəni !! OKey, sənə Castin olduğumu sübut edim! ananla yaşayırsan bacın isə Almaniyaya ərə gedib. Sol çanağının üzərində doğum ləkəsi var, özün də şərəfsizin birisən!
Aleks inanmaqda çətinlik çəksə də xanımın dediyi hər şey düz idi
- Yaxşı, bəs dotluq şifrəmiz?!
Castin hər zaman şikayət edib iyrənc fikir olduğunu dediyi şifrələrini başını sallayaraq səsləndirdi:
- Dovşan nəcisi
- Aman Tanrım.. Castin! Sən? Bu axı necə?

- Özüm də bilmirəm! Amma məni bu zibildən sən çıxaracaqsan, hər şey sənə görə oldu!
- Yaxşı, sakitləş, toydan sonra həll edərik
- Nə toy! Mən bu halda gəzə bilmirəm! Dərhal gedirik!
- Dostum, nənəmin yaşadığı ev çox uzaqdadı, toya isə bir neçə saat qalıb. Benjaminin bizə ehtiyacı var. Biz məsələni onlara da izah edərik.
- Yox! qətiyyən! Onlara heçnə deməyəcəyik! Məni dillərinə dolayıb hər kəsə ifşa edəcəklər. Gecənin striptizci qızı kimi oynadarlar məni!
- Hahaha! Yaxşı, mənim dostum kimi gedərsən. Heç kəsə demədən həll edərik. Gəl gedək!

Bir arzu tut: 4-ci hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Maraqli oldu
  2. allah bendesi
    bu hissede bir az guldum maraqli bir hisse oldu.teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.