İnandığımız nağıllar 9-ci hissə

30 Mart 2016
1 684
1
İnandığımız nağıllar 9-ci hissə
İnandığımız nağıllar 9-ci hissə
İnandığımız nağıllar 9-ci hissə
İnandığımız nağıllar 9-ci hissəYazar: Məsudə Cabbar
İnandığımız nağıllar 9-ci hissə
Sonraki günlərdə ovucun içində tutulan buz parçası kimi yavaş yavaş əridi anam.
Əvvəlcə qızdırmalar başladı, sonra davamlı qusmalar. Üst üstə o qədər paltar geyinirdi ki,hərdən ona heyrət edirdim. Qollarını ovduğunu görürdüm arada bir, diz qapaqlarını əlləri ilə sığallayırdı. Sümüklərim sızıldayır deyirdi.
Xəbər təzə təzə yayılan zaman Moskvadaki qardaşı yəni dayım zəng etdi.
Bir iki dəfə də pul yolladı üçdən beşdən. Qarajında dörd xarici avtomobili olan birinin, öz xəstə bacısına yüz, uzağı ikiyüz manat göndərməsi necə qəribə idi. Heç birimiz heç kəsdən bir şey gözləmirdik demək istəyərdim ,əlbəttə.. Amma bu elə bir şey idi ki, evimizi belə satmağımıza rəğmən bu ehtiyacımızın bir faizini belə qarşılamamışdı. Qapımızı döyəcək,əlimizi tutacaq ən xırda ümidə belə dua edər olmuşduq. Hə, evimizi satdıq. Anam nə qədər etiraz etsə də, onu gözümün önündəcə ölüb getməsini izləyəcək qədər az sevmirdim. Ən azından əlimdən gələnin ən son damlasına qədər etməliydim. Axı, Allahdan ümid kəsilməzdi..Axı, ümid ən sonda ölürdü.. Ümidin üzüləndə bir də görürdün, hop, bir şey oldu və hər şey düzəldi.. Bir neçə ay süründükdən sonra nəhayət maşın yumada işə düzələ bildim. Heç olmasa çörək almağa çatırdı maaşım.
Danışmaq istədiyim o qədər şey var ki, arada yüzlərlə xırdalığı keçirəm fərqinə varmadan..
Məsələn atamla bağlı bir söz deməmişəm bayaqdan. Nə deyə bilərəm ki ?
Deyim ki, anamın xəstə olduğunu iki ay sonra, o da mən daha dözməyib qışqıra qışqıra üzünə isyan edib, nə qədər iyrənc bir insan olduğunu hayqırandan sonra öyrəndiyini ? Hə..Zarafat deyil.. O qədər qopmuşdu ki,aramızdan..Nə edirik..Mən niyə günlərdir universitetə getmirəm, niyə hər gün onu üzü gözü şişmiş halda "qarşılayırıq", niyə gecələr boyu pıçıltımız kəsmir, yata bilmirik.. Bunların heç birinin fərqinə varmamışdı..İnsanın bu cür ataya sahib olması, nə bilim, zarafat kimi bir şey idi.. Nəhayət evi satacağımızı qərarlaşdırıb ona bildirəndə vecsiz halda səbəbini soruşmaq zəhmətinə girdi. Mən də çilədən çıxıb onu arxaya itələyib evdən çıxmaq istəyəndə qolumdan tutub saxladı. Hələ bir mənə küçük deməyi də unutmadan etdiyim tərbiyəsizliyi, hörmətsizliyi sorğu sual etməyə başladı. İnana bilirsiniz ? Anam o xəstə canı ilə hələ də işləməyə davam edərkən, onun tək edə bildiyi mənim niyə bu qədər insanlıqdan çıxdığımı anlamağa çalışmaq idi.. İnsan hansı səbəbdən ailəsini tərk edər ki ? Hə, bəlkə eyni evi paylaşırdıq, bəlkə eyni masa arxasından bəslənirdik amma atam bizi illər əvvəldən tərk etmişdi.. Bunun başqa açıqlaması ola bilməz..İnandığımız nağıllar 9-ci hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ALLAH Heckesi xestelikle imtahana cekmesin..laqeyd valdeyin ne deyesen daha(((..yanilmiramsa oglanin adi teymur idi goresen neyleyecek urek agridan hekayedir..teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.