İnandığımız nağıllar 11-ci hissə

01 Nisan 2016
1 494
1
İnandığımız nağıllar 11-ci hissə
İnandığımız nağıllar 11-ci hissə

İnandığımız nağıllar 11-ci hissəYazar: Məsudə Cabbarİnandığımız nağıllar 11-ci hissə

O gün anamı yataqdan qaldırarkən qucağıma almalı oldum. Çünki, utandığından onsuz da gücsüz olan dizlərini sərbəst buraxıb ayağa qalxa bilmədi.
O qədər zəif düşmüşdü ki, onu qucağımda daşımaq balaca bir uşağı daşımaqdan fərqlənmirdi.
Evimizin bir küncündə dəmir vanna var idi. İsitdiyim su ilə doldurmuşdum içini. Anamın paltarlarını çıxararkən ölçüsünün necə balacalaşdığını görürdüm. Üst üstə geyindiyi o qalın paltarlar əllərimin arasındaki cılız bədənini ustalıqla gizlədirmiş sən demə.
Ayaqlarını suya dəydirdiyi zaman içini çəkdi, əlimlə yoxlayıb suyun o qədər də isti olmadığını dedim.
Bir az məcbur etdi özünü, sonra öyrəşdi. Qolları ilə gizləməyə çalışırdı bədənini, uşaq kimi utanırdı,ağlayırdı, həm bütün bunlar üçün onu bağışlamağımı, həm də Allahdan bütün etdiklərimə bir qarşılıq verməsini diləyirdi dayanmadan.. "Allah əllərini cəhənnəm odundan uzaq eləsin" deyirdi , çoxu ovuclarımda qalan saçlarına sığal çəkərkən. Dayanmadan ağlayırdı səssiz səsiz.. Qızarmış dərisini ehmalca təmizləyib yuyarkən kürəyi xəfif xəfif tərpənirdi. Gözlərimdən axan yaşları saxlaya bilməzkən, ona ağlamamasını necə deyə bilərdim ? Səsimi belə çıxara bilmirdm. Onun üzü divara..Mənim üzüm onun belinə baxırdı.. Göz önünə çıxan qabırğaları, kövrəkşəlşmiş çiyin sümükləri, ovucuma sığmayacaq qədər cılızlaşan qolları..
Onunla ömrümün sonuna qədər eləcə qalmağa razı olardım.. Yanımda olduğunu bilmək yetərdi , nəfəs aldığını bilmək..Nəyə desən dəyərdi..
Saçlarını qurutdum sonra, dərisinin həssaslaşdığını və cüzi hərəkətlərdən belə ağrı çəkdiyini bildiyimdən, olduqca ehtiyatla davranırdım. Ağlamırdı artıq. Təmiz paltarları içində olduqca rahatlamış görünürdü. Solğun dərisi və incə sümüklü əllərini dizlərimə qoymuş, önümdə oturaraq üzümə baxırdı kirpiklərini kiçik qız uşağı kimi tez tez qırparaq..
Sonra mənim yatdığım yerdə uzandı. Dərmanını içirdib bir az dincəlməsini tapşırdım. Yerini yığışdırıb çarşaflarını dəyişdirdim.
Yemək hazırladım. Yedizdirdim. Heçnə demədən səssizcə üzümə baxdı bütün gün.Dizlərini,ayaqlarını və əllərini yavaş yavaş masaj etdiyim üçün rahatlayıb yuxuya getdi..
Günlər sonra ilk dəfə telefonuma baxmaq gəldi ağlıma. Kim bilir nə zamandan sönülü idi.
Batareyası dolsun deyə gözlədim biraz. Ekran işıqlanan zaman görünən cavabsız zəng və sayısız mesajları göndərən insanın adı belə içimə qəribə bir hiss yaydı..
Aydan..

İnandığımız nağıllar 11-ci hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    paylashildiginda oxumushdum ama sherh yaza bilmedim..o qeder tesir edirki hekaye mene pis oluram..ama sonda oglani neler gozlediyinide bir yandan bilmek isteyirem recourse teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.