Həqiqətlər

01 Ekim 2014
1 846
0
Həqiqətlər
Həqiqətlər


Həqiqətlər.


Bəzən adamlar,onları əhatə edən insanlar tərəfindən başa düşülmür, onların haqqında səhv nəticələr çıxarılır.Vaxt keçdikcə bu adamlar öz tənhalıqları ilə fəxr etməyə, bundan kinli-kinli zövq almağa başlayırlar.Lakin mən heç vaxt təsəvvürümə gətirə bilməzdim ki,onlar öz hərəkətlərini düzgün hesab edə bilərlər.



Birlikdə yol getdiyimiz zaman yanımca addımlayan adamın əsl insan olduğunu bütün varlığımla hiss etmirdimmi?İnsanların bir-birini başa düşmələri üçün,bir-birinin daxili aləmini , ürəyini tədqiq edib öyrənmələri üçün danışmağın heç də zəruri olmadığı elə bu vaxtlar başa düşdüm.Bəzi şairlərin təbiətin gözəlliyini seyr edərkən nə üçün yanlarında dinib-danışmadan addımlayan bir yol yoldaşı axtarmalarının səbəbini yaxşı başa düşdüm.



Bəli,insanlar bir-birilərini nə qədər dərindən taniyırlarmış...Mən başqa bir adamın başından keçənləri təhlil etmək,onun düzgün və ya ziddiyyətli,mürəkkəb ruhunu təsəvvürümə gətirmək istədim.Dünyada ən adi,ən miskin,hətta ən axmaq adamın da insanı min bir heyrətə salan çox qorxulu və ziddiyyətlərlə dolu ruhu olur...Nə üçün bunu başa düşməkdən çəkinirik?! Nə üçün insan dedikləri məxluq dərk etməyi ,onun haqqında bir nəticəyə gəlməyi çox asan iş hesab edirik?! Nə üçün təzəcə gördüyümüz pendir parçasının keyfiyyəti haqqında müəyyən söz deməkdən çəkinirik,lakin ilk dəfə rast gəldiyimix adam haqqında hec vicdan əzabı çəkmədən son,qəti bir qərar çıxarırıq?!

Əsl həqiqətdə də belə olur.Dünyada qarşısı alınmaz hadisələr baş verir və biz bunların səbəbini,məntiqini başa düşmürük.Lakin bəzi məntiqsizliklər çıxılmaz yollar vardır ki,bunlar güya təbiətdən götürölöb düzəldilir.Halbuki bunları düzəltməmək imkanı daha çoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.