İnandığımız nağıllar 13-ci hissə

05 Nisan 2016
1 392
1
İnandığımız nağıllar 13-ci hissə
İnandığımız nağıllar 13-ci hissə

Yazar: Məsudə Cabbarİnandığımız nağıllar 13-ci hissə






İnandığımız nağıllar 13-ci hissə Bir gecə ,yenə gözlərim tavana dikilmiş, yerimin içində uzanarkən anamın yatdığı yerdən asta səslər eşitməyə başladım. Cəld qalxdım, solğun əllərini yanındaki masaya qoyduğum bir stəkan suya doğru uzatdığını gördüm. O qədər gücsüz qalmışdı ki, qəddini düzəldib o lənət stəkanı götürməyi belə bacarmırdı. Boynunu xəfifcə tutub suyu rahat rahat, qurtum - qurtum içməsini gözlədim. Ənsə hissəsi tər idi, kürəyini yoxladım,sonra da alnındaki nazik tər təbəqəsini sildim. Köynəyini çıxarıb kürəyini quruladıqdan sonra yeni paltarlar geyinməsinə kömək etdim.
Anam qəribə bir şəkildə susurdu..Artıq səsini belə unudurdum haradasa.. Çox soruşmuşdum səbəbini əvvəllər amma artıq əl çəkmişdim.. Başa düşürdüm hardasa..
O, sadəcə utanırdı..Deyəcək söz tapmır, özünü mənim yanımda üzü kölgəli hiss edirdi. Mənə yük olduğunu düşünür, sıxılır, üzürxahlıq edirdi fikrincə..Halbuki,susqunluğu mənə ikiqat yük olurdu.. Onunla danışmaq..danışmaq..elə hey danışmaq istəyirdim..Səsini yaddaşıma yazmaq, mümkün olduğunca çox söhbət etmək..
Hər şeyini rahatladıqdan sonra yerinə uzatdım yenidən. İşığı söndürüb yuxuya gedənə qədər yanında oturmağa qərar verdim. Onsuz da yuxum gəlmirdi. Əlini uzadıb əlimi istədi. Qaranlıqda güclə parlayan iki cüt gözünü zillədi üzümə gülümsəyərək. Mən də ona gülümsədim.
- Yuxun gəlmir ?
Sadəcə başını salladı.

- Yaxşı.. Mmm, nə istəyirsən edək ? Bəlkə yeməyə bir şey gətirim sənə ? Meyvə istəyirsən ?
Yenidən başını bu dəfə daha asta asta yellədi.
Nə etməli idim görəsən ? Nə keçirdi o narin ürəyindən ? Nə demək istəyirdi də deyə bilmirdi? Kaş ürəyi oxuya bilmə istedadımız olsa idi.. Kaş bəzən.. Heç olmasa bircə dəfə, həyatımızın ən vacib anında qarşı tərəfin tam olaraq nə istədiyini bilə bilmə şansımız olsaydı..
Bir saata yaxın vaxt keçdi. İndi mən anamın yatağının düz yan tərəfində yerdən oturmuş, hələ də onun əlini tuturdum.
Başımı yatağa söykəmiş, anamla ola bilmənin hiss etdirdiyi zövqün dadını çıxarmağa çalışırdım. Amma bu, zövqdən çox zəhər dadırdı..
Ölümlə aramızdaki məsafə qısaldıqca nəfəsini ənsəmdə hiss edirmiş kimi olurdum.. Bütün bədənim ürpərirdi..
- Teymur ?
- Hə,ana..
- Mənə bir nağıl danış

Qaşlarımı çatıb doğru eşitdiyimdən əmin olmağa çalışdım. Nağıl ?
Ona ,həqiqətən, nağıl danışmağımı istəyirdi?
İnandığımız nağıllar 13-ci hissə

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    hekayenin esas qismi cox sag olun paylashim ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.