Bir arzu tut: 14-ci hissə

05 Nisan 2016
1 542
2
Bir arzu tut: 14-ci hissə
Bir arzu tut: 14-ci hissə

Yazar: Məsudə CabbarBir arzu tut: 14-ci hissə


xanım Ameliya təngnəfəs olmuş Castinin üzündəki ifadəyə baxıb güldü..
- Onları buraya tök - dayandığı yeri göstərib dedi - özün isə bir az aralıda dayan. və burada gördüklərini heç kəsə danışma.
Castin səsini çıxarmadan başını sallayaraq təsdiqlədi. və bir neçə addım arxaya çəkilərəq diqqətlə izləməyə başladı. xanım Ameliya iki əlini də yavaş yavaş göyə doğru qaldırıb əvvəl asta asta sonra isə biraz hündürdən anlaşılmayan dildəki sözlərini yenidən təkrarlamağa başlayanda düz önündəki ağac parçaları alovlanmağa başladı. Castin əli ilə ağzını qapayıb "Aman Tanrım" deməklə kifayətləndi. Xanım AMeliya bir neçə saniyə oxuduğu "duaya" davam etdikdən sonra əlini castinə tərəf uzadıb onu yanıan çağırdı. Castin əlini ona uzadaraq sağa sola boylananda xanım Ameliya digər əli ilə cibinə yığdığı Lanna çiçəyini ovurmuşcasına alovun üzərinə səpədi. Ləcəklərirlə qarışması ilə birlikdə daha da alovlanan ocaq dörd saniyə sonra qəflətən söndü. Xanım Ameliya gözlərini açan zaman heç bir dəyişiklik görmədiyi Castinə gözlərindəki xəyal qırıqlığı ilə baxdı , mızıldanaraq "aydındır.." deyərək..
- Nə aydındır? Nə baş verir, niyə əvvəlki kimiyəm? Bir işə yaramadı..
- Mən bacardığımı etdim qızım..yəni..oğlum. Bu işi ancaq sən düzəldə bilərsən..
- Necə?
- Bu işin gerçəkləşməsinə səbəb nə olubsa elə o cürə..

- Axı, mən bunu istəyərək etməmişdim..
- Belə görünür ki, bu möcüzə sənə sırf insanlığın üçün bəxş edilib. Saf qəlbin və gözəl insanlığın üçün.. əvvəlki halına isə ancaq əlindəki bu silahlarınla qayıda bilərsən..Unutma, mübarizə varsa yara üçün dərman da m
hökmən var..sənin dərmanın isə mərhəmətin və saf qəlbindir..
- Amma xanım Ameli..
Xanım Ameliya onu dinləmədən meşənin içinə daxil olaraq oradan uzaqlaşdı..Castin nə edəcəyini bilmədən yerindəcə diz çökdü..

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Teşekurler
  2. allah bendesi
    aa umud yene ulduz surushmesine qaldi yazziq catin..teshekkur paylashim ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.