Bir arzu tut: 15-ci hissə

06 Nisan 2016
1 785
2
Bir arzu tut: 15-ci hissə
Bir arzu tut: 15-ci hissə

Yazar: Məsudə CabbaBir arzu tut: 15-ci hissə
Bir arzu tut: 15-ci hissə
..- off..məni burada tək buraxıb getdi ! dəlinin biri ! ocağı yandırarkən nə oxuyurdu görəsən? bura yavaş yavaş soyumağa başlayır ( Castin tədirgin halda sağa sola baxdıqdan sonra sanki bütün dünyanın üzərini örtən bu qaranlıq örpəyin insanı daha da qorxutduğunu düşündü və başını aşağı əyib gözlərini dizləri ilə birləşdirdi. düşün , Castin , düşün.. sən ki, bu işlərdə yaxşısan! bir düşün nə etmək olar? lənət olsun, bu zibili necə düzəltmək olar axı!!!! ( O, hirslə başını dizlərindən ayırdı. göyün üzünü bürüyən irili xırdalı ulduzlara baxıb birdən səsli düşündü:
- həəə!!! əlbəttə! çarə çox sadədir! əgər məni bu hala ulduzlar salıbsa, deməli ulduzlar da xilas edəcək! ( O, cəld dostları ilə etdiyi kimi aya tərəf istiqamət tutub uzanaraq bir müddət ulduzlara baxdı)
- belə..indi ürəkdən arzulamaq vaxtıdır. nə olsun ki, ildə bir dəfə olduğuna inanılır, məncə sınamağa dəyər! hə, mütləq, mütləq alınacaq!
Castin indiyə qədər çox gümanki gözlərini heç vaxt bu qədər ürəkdən yummamışdı.. qəlbindəki iç səsi düz üç dəfə eyni cümləni təkrarladı..
"əvvəlki halıma qayıt, əvvəlki halıma qayıt, əvvəlki halıma qayıt".. cümləsini bitirdikdən bir dəqiqə sonra gözlədi. öncə sol gözünü qısıq şəkildə də olsa açdı , əllərini yuxarı tutub baxdı, hər şey əvvəlki kimi idi. Castin bir az duruxsa da məsələyə başqa tərəfdən baxdı..
- OK, ola bilər cümləni düz demədim, bir də başdan!
Bu minvalla Castin düz on yeddi fərqli cümlə quraraq arzu tutdu. amma heç biri işə yaramırdı ki, yaramırdı. ən son sınaqdan sonra o, yana doğru açdığı əllərini gözünü açmadan bədəninə doğru gətirdi və müəyyən hissələrinə toxundu.
- İlahiii !!!!! Artıq bu qadınsı əzalara əl vurmaq istəmirəm! Yalvarıram, bunları geri al, o tərəflərdə ehtiyacı olan birinə verərsən. Söz verirəm, qarşılığında mən də hər bazar günü kilisəyə gedib ibadətlə məşğul olacağam!
Castin göyə doğru baxıb danışdıqdan sonra başını yorulmuş uşaq kimi aşağı salladı.
- Axı o nəyi nəzərdə tuturdu? Mən ki, hər şeyi əvvəlki kimi etdim! Bu lənətə necə düşmüşəmsə eynən elədir hər şey! Meşəlik, gecə qaranlıq, ay, ulduzlar , mən də ki, eyni adam! yəni..qismən də ols.. "eyni adam.." ( bu dəfə daha asta səslə) yox.. yox, yox , yox! eyni yox! eyni deyil! heçnə eyni deyil ! (Castin əlləri ilə başını tutan zaman dünən gecə baş verən hadisələr gözündə canlanırdı) əvvəlki kimi deyil..artıq sən bir qatilsən, bir qatil..qatil..qatil, qatil, qatil !!! ( üzünə ard arda üç şillə vuraraq qışqırdı)
- Lənət olsun! Lənət olsun, bu lənətdən qurtulma şansım qalmadı.. öz əllərimlə öz şansımı məhv etdim..Lənət olsun..İlahi..
Bir arzu tut: 15-ci hissə

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Yazziq castin axirin yaxşı olar inşAllah teşekurler paylaşim üçün
  2. allah bendesi
    amaliya xanimda ne qeribe insan imishee/castinin gorecek gunleri coxdu deyesen ;;cox sag olun paylashim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.