Bir arzu tut: Final!

08 Nisan 2016
1 990
2
Bir arzu tut: Final!
Bir arzu tut: Final!

Yazar: Məsudə Cabba
Bir arzu tut: Final!



Bir arzu tut: Final!Bir arzu tut: Final! Aleks nə qədər yolundan döndərməyə çalışsa da Castin qərarlı idi, bu yüklə yaşamaq istəmirdi. Qoy hər nə olacaqsa olsun, hər şeyin canı cəhənnəmə! Yol boyu nə qədər qərarlı gəlirsə gəlsin Demigilin evinə yaxınlaşdıqca ayaqlarındaki cəsarətin azaldığını hiss etsə də dayanmadı. Ev sakinləri uzaqlaşdırılmışdı. Ətrafda anca evin ətrafı boyu bağlanan sarı lentlər və polislər görünürdü. Castin lentin altından keçmək istəyərkən onu qolundan tutub saxlayan polis içəri girməyə icazə olmadığını deyərkən Castin özünün buraya baş verən məsələ ilə bağlı bəzi şeylər deməyə gəldiyini bildirəndə polis əvvəlcə onu süzsə də az sonra "mənimlə gəlin" deyərək öndən yeridi və onlar evin yan tərəfindəki mətbəx qapısından içəri daxil oldular. Castinin yanındaki polis digər polislərdən kimisə soruşdu aldığı cavabdan sonra isə Castinə doğru çönüb pilləkanı göstərərək "buyurun" dedi. Pilləkanla yuxarı qalxdıqca Castin yaşanan hər şeyi yenidən saniyəbə saniyə xatırladı. Ayaqları duruxsa da birtəhər davam etdi. Cinayətin baş verdiyi otağın qapısını döyərək içəri daxil olmaq üçün icazə istəyən polis qapını biraz da aralayaraq Castinə yol göstərdi. Castin öncə polisə baxdı sonra isə göstərişinə əməl etdi.
- Detektiv Qodvin? Xanımın cinayətlə bağlı deyəcəkləri var.
Castin gah icazə istəyərək otaqdan çıxan polisə, gah yerdə təbaşirlə çəkilmiş cəsəd izinə və yerdəki qurumuş qan ləkələrinə baxaraq əlindəki kiçik dəftərə nələrsə yazan detektivə gah da yanında dayandığı çarpayıya baxdı.
- Eşidirəm sizi
- Şşey,mən.. cinayətlə bağlı..əslində.. cinayəti mən törətmişəm!
Qodvin dərhal başını dəftərdən çəkərək
- Nədir? ələ salmısınız məni?
- Y..yox, yox, qətiyyən mən sadəcə etiraf etməliydim.
Dünən gecə burada bu otaqda mən də olmuşam, onun başına bir suvenirlə zərbə endirdim ( castin əlləri ilə suvenirin ölçüsünü göstərmək istəyirmiş kimi ) o..o mənə təcavüz edəcəkdi, mən sadəcə müdafiə üçün.. mən..
- Xanım qız, sakitləşin, ifadələrinizi yazılı şəkildə götürəcəyik, ancaq bu otaqda tapılarkən cəsədin üzərində doqquz bıçaq zərbəsi olub.. yəni o, sizin vurduğunuz zərbədən ölməyib. çox güman ki, həmin süvenir dəlil kimi aparılıb, bölməyə gedin, orada sizə köməklik göstərəkəklər. Polislə əl birliyi və etiraf üçün isə təşəkkürlər!
Castin nə olduğunu anlamadan onu tələsik otaqdan çıxaran detektivəbir şeylər deməyə çalışsa da , detektiv həmin anlarda Castini digər polislərə təhvil verməklə məşğul idi. Castinin həmin günü axşama qədər polis məntəqəsində təkrar təkrar ifadə verməklə keçdi. Araşdırma nəticələri açıqlanana qədər Castin nəzarətdə saxlanıldı. İlk bir neçə günü tək sirdaşı Alekslə görüşə bilməsə də digər günlərdə istəyinə nail oldu. Son məlumatları topladı, bir gün xahiş etdi ki hər şeyi olduğu kimi Demiyə və onun ailəsinə bildirsin. Aleks bunu qəbul etmək istəməsədə Castinin yalvarışlarına dayana bilməyib razılaşdı. Cinayətin bütün parçaları tək tək yerinə otururdu. Bir aya yaxın araşdırmadan sonra polislər Ceykobun hələ həbsxanada olarkən narkotika alverində birgə iş gördüyü bir neçə dırnaqarası dostunun pulunu özlərinə çatdırmadığı və xəclədiyi üçün onlar tərəfindən "cəzalandırıldığı" ortaya çıxdı. Demi Alekslə danışdıqdan sonra heç cürə sakitləşə bilməyən ailəsinə hər şeyi mülayim səslə təkrar təkrar danışıb, bunun bir qadın üçün nə qədər alçaldıcı vəziyyət olduğunu başa salmağa şalışdı. Aleks, Demiyə Castindən icazəsin hər şeyi danışmışdı çünki. Əvvəlcə inana bilməsə də Aleksin bütün danışıqlarından sonra heyrətlər içinə düşən Demi Castinin vəziyyətinə ürəkağrısı keçirdi və onu anladığını dedi. Aleksə isə söz verdi ki , bunu bildiyini Alekslə özündən başqa heç kəs bilməyəcək..
Aleks son on gün idi ki Castinlə görüşə bilmirdi. Ceykobun ailəsinin şikayəti geri götürdükdən sonra ali məhkəmə Castinin qərarlaşdırılmış cərimə qarşılığında azadlığa buraxılmasına qərar verdi. Həbsxana divarlarının önündə dayanan üç dost və Demi Castinin yolunu gözləyirdi. Təbii ki, gözlədikləri insanın Castin olduğunu ancaq Demi və Aleks bilirdi. Benjamin və Robert isə Aleksin bir müddətdir tanıdığı " dostuna" dəstək üçün burada idilər. Dəmir darvazaların ehtişamlı səsi bütün diqqətləri üzərinə çəkdi. Darvazanın arxasından görünən ipləri səliə ilə bağlanmış ayaqqabının, ütü xəttləri düzdüz dayanmış qara kostyumun içərisində dayanan bu yaraşıqlı gənc adam Castinin özü idi. Demi və Aleks oturduqları skamyadan cəld ayağa qalxıb təəccüblə bir birlərinə baxsa da Benjamin və Robert yalnızca uzun zamandır xaricdə tətildə olduğu deyilən Castinin burada nə işi olduğunu anlamağa çalışdılar. Castin üzünə dəyən küləyin nəvazişli sığalını hiss etdikcə gözlərini yumub, azadlıqda olmağın nə qədər böyük nemət olduğunu hüceyrələrinə qədər dərk etdi.. Axı o, indi, iki həbsxanadan birdən azadlığa çıxmışdı.. Hər şey həll olunduqdan və hər kəsə özünü bağışlatdıqdan sonraki gecələrin birində Castin yerində uzanarkən içinə yayılmış rahatlıq hissini duyaraq dərindən nəfəs alanda fikrindən çox az müddətliyə də olsa əvvəlki halı üçün nə qədər darıxdığını keçirmişdi. Və səhəri gün ayılan zaman bədəninə toxunub hər şeyin əvvəlki kimi olduğunu görəndə həyatda həqiqətən var olan üç əsas gerçəyi öyrəndi . 1. zaman saniyələrə sığacaq qədər böyükdür.. 2. möcüzələrə hər zaman inanmalısan. 3. mübarizə varsa yara üçün dərman da hökmən var..
Castin yenidən çevrildiyini dərk edən zaman dərhal mühafizəçini çağırıb yalnışlıqla qadınların bölməsinə gəldiyini deyəndə bir əl döyülməli olsa da əlavə cəza almadan kişilər bölməsinə köçürülmüşdü.
- C..Castin? Sənin burada nə işin var ?! ( gözlərini bərəldən Benjaminlə Robert bir ağızdan soruşdular)
Castin yaxınlaşaraq hər biri ilə tək tək görüşdükdən sonra bir qolunu Benjaminin, digər qolunu Aleksin boynuna keçirərək yola düzələrkən səsində hiss edilən gümrah sevinlə ucadan dedi:
- Gedək uşaqlar, sizə danışmalı olduğum bir hekayəm var!..
SON
Bir arzu tut: Final!Bir arzu tut: Final!


Bir arzu tut: Final!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Çox gözel Hekaye oldu çox darıxacağam teşekurler Ellerinize əməyinize sağliq
  2. allah bendesi
    dunenki hisseni oxuduqdan sonra bir anliq aglima geldi catinin oldurmuyeceyi polise getdikden sonra melum olacaq...cox teshekkur edirem maraqli hekayeni bizle paylashdiginiz ucun 64
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.