"Dəlirmiş sima"

25 Nisan 2016
1 950
1
"Dəlirmiş sima"
"Dəlirmiş sima"




"Dəlirmiş sima" "Dəlirmiş sima"- Təsəvvür et ki, pəncərənin sən tərəfi səssizlik və
qaranlıq otaqlar. Digər tərəfində isə uşaq və maşın
səsləri. Sən tərəfdə olan səssizlik səni, səndən əks
yöndə olan səslər isə səssizliyi düşünür. Hava isti,
hər kəs pozitiv.
Başını pəncərədən çıxararkən
görürsən ki, hamı xoşbəxt, hər kəs yalan.Əsəbi
halda pəncərəni üzünə örtüb içəri keçirsən.Rəfdə
üç-dörd köhnəlmiş kitab, kanallarda mətbəx
verlişləri və reklamlar.
Çaşqınlıq içərisində, əsəb
dolu gözlərlə güzgüyə baxıb sıxılırsan.
- Kimdir axı bu insanlar?!- özün-özünə sual
edirsən. Hamı eyniləşir, vaxtı gecikir, ölümlər
səbəbsizləşir. Fəsillərin nə fərqi, nədə qoxusu
qalmır. D
uyğular məni dinləmir, ərköyünləşən
otaqlar özünə deyil, üstümə gəlir. İntahar
haqqında fikirləşmək rəzillikdir.Sabahdan ölən
varlıqlardanam, tütündən başqa qoxu olmaz
bədənimdə müəllim. Bütün cahan kef əhli, mənim
kimilər uzaq gəzər kürələrdən.Zərdüştlər ağlamırdı
usta nə oldu bəs?!

- Getdim, bəli, bir-iki mey damcısı süzüb
uzaqlaşdım diyarlardan. Gəzdim-axtardım və indi
boş bir otaqda səbirsizliklə gözləyirəm.
- Nəyimi?"Dəlirmiş sima"
- And ola, Tanrını yox. Doğuluşdan qeyb olmuşam
onun sarayından. Qəlbim çürük taxta kimidir, içi
dolu küləklərlə. Cəftəsidə sallanıb, mane olur
diləklərə.
Mən qana batmış canı, gözlərimdəki
damarları qoparıb, çatışmayan sol tərəfimə
basdım. Ruhum azadlıq deyə bağırır, qohumlar
evlən deyə qınayır, yaradan qanadlıları göndərib
gileylənir, bədənim, bədənim isə-siqaret hanı?!
- Çatışmayan üç-dörd cümləm var, onlarda təhqir
olunmağa öyrəşib deyə gəlmirlər
. Məni ağılsız və
səfeh adlandıra bilərsiz, bu sizin haqqınızdı, amma
bir dəfədə olsun haqqınızı almayın!
- Qorxmayın ölmərsiniz, çünki yaşamırsız!
- Eşq deyə bir hiss, dördüncü ildə hörmətə
çevriləcəksə, nə mənası birinci ildə çiçək və
şeirlər?!"Dəlirmiş sima"
- Ən qorxaq fahişə belə Tanrıya inanır, bəs siz niyə
inanmırsız bədbinlər?
- Şumer Tanrılarıları gil boşqab üzərində Tanrı
sözünü cızdılar.
Biraz keçdi, səs kəsildi, susdular.
Və sonunda hər kəs bir-birinə baxıb, insan
olduqlarını anladılar. Baxışları çürük bir toplum,
gözlərdə sevgi, ürəkdə sədaqət axtarır.

Axtardığınızı tapmamaqdansa, nifrət edib
qazanın.Əvvəli olmayan və sonu bilinməyən nifrət.
Bacardığınız və daşıdığınız ən dəlisov hissdi. Qanlı
barmaqlardan son cümlə: Bu hələ başlanğıcdır.
"Dəlirmiş sima"


- Süleyman Əliyev"Dəlirmiş sima"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    qorxmayin olmersiniz,cunku yashamirsiz ..paylashim ucun teshekkur
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.