"Sən demə"

03 Mayıs 2016
2 225
2
"Sən demə"

"Sən demə"

"Sən demə"

- Günlər keçir, üstüörtülü gəlir həyat mənə. İçimdə bütün qalan saxlı xatirələr, zamanla uzaqlaşır. Axtarışlar boşaymış sən demə. Böyüdükcə anlayıram ki, xəyallar, arzular hamısı gəldi-gedərdi. Unutmaram dediklərimi xatırlamaz oldum artıq. İnsanlar boş-boş danışır, öz maraqlarına doğmalarını qurban verir və unudulur.. Hər kəs qəhəman olmaq istəyir, amma şəhid olmaqdan qorxurlar. Vətən uğrunda, sevgi uğrunda, xəyalları uğrunda. Onlar qorxaqdılar. Bəlkədə düşünürlər bu həyat keçicidi. (Ürəklərdə qalmağın nə əhəmiyyəti, vaxt keçdikdən sonra yaddaşlardan silinəcəksənsə?!)
- Bəli, hardasa doğru. Pislər yaxşıları əzib keçir, toplumda məhv edir və onlarda eyni puzzle-nin parçası olurlar sonda. Rəsmi geyimlər, süni gülüşlər, ciddi davranışlar, və cəmiyyətdə o SƏN.. Qəribədi elə deyilmi, hamı gülümsəyir? Yaz-yay olurlar səmimi, pozitiv və rəngli.Payız-qış xatirələr, keçmişlər, qızartılı gözlər və ayrılıq statusları. Əslində iki üzlü insanlar deyilik. Sadəcə fəsillərə görə dəyişən varlıqlarıq. Bəlkədə yüz üzlüyük, insanlara etibar varmı?..
- Sən demə həyat səhnə, insanlarda oyunçularmış.
Lakin pul almamış rollarını təbii oynuya bilmirlər. Sən demə, Tanrı bizə cənnəti bəxş etmək üçün ipsiz düşüncələr verib. Görünür yaraşmadı, oturmadı üstümüzə azadlıq. Bizim istədiyimiz bu deyildi. Bəlkədə istəklərimizə vardıqdan sonra, heç bir istəyimizin olmadığını anlamışıq və bəlkədə istək adlı bir sözə sahib olmamışıq. Bizə əlçatmaq yerlər lazım əslində. Bir şeyin xəyalı, onun gerçəyindən daha sevindirici olur.
- Xoşbəxtlik yaşamadığımız yerlərdəmi görəsən?
- Hə?
- Bilmirəm.
- Bilmirəm hardadır, nə rəngədir, nə edir, üşüyür ya yox. Əslində bilmək belə istəmirəm, bilsəm onunda önəmi qalmaz. Bilməyək, görməyək, sadəcə hiss edək. Xəyallarla yaşamaq gülüncdürmü?

- Xeyr, xeyr!
- Gülünc görsənən, əldə etdiklərinin mənasız görsənməsidir.
- Çoxmu mənasız görsənmişik?
- Nə əldə etmişik ki, mənasız görünək?
- İlahi dəlimi oluram, yenə öz-özümə danışıram?! Nəysə, hər şey düzələcək deyillər, amma heçnə yolunda getmir. Əhəhəh necədə gülməlidir..
- Elə deyilmi?
- Noldu sənə, bura kimi yaxşı gəlmişdin?
- Bilmirəm, əsas odur bir-iki cümlə yaxşı çıxdı və nəsə deyə bildim. Ən böyük yazar, öz yazılarında dəlilik edən deyilmi?
- Al buda sənə dəlilik!

- Buda mənim zəif nöqtəm, amma siz vurmaqdan çəkinməyin, ağrıyası yerim yoxdur.. Sən demə fərq eləmir, zarafat vəya ciddi, sərf edirsə düzgün anlayır hər kəs..
"Sən demə"

Əvvəlki Xəbər
RƏYLƏR
  1. Agaeva
    Çox sağolun teşekurler
  2. allah bendesi
    serf edeni duzgun alnayir herkes..dogru ve maraqli:))beyendim her zamanki kimi teshekkurler ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.