ƏvvəLki tək

04 Ekim 2014
1 517
0
ƏvvəLki tək
ƏvvəLki tək


ƏvvəLki tək
Pozulur yazılar ...Geriyə qaytarmaq onları artıq mümkün deyil.Gedənlər də dönmür geri, onlardan da gəlmir yazılar.Artıq axtarmır heç kəs.Unudulub səslır, hislər.Gözlər baxmır əvvəlki tək.Günahkarı bəlkə də özümüzük...Sürüşüb çıxır hamı əlimizdən.Balığın suya can atdığı kimi , hamı harasa tələsir.Unuduluram .Artıq musiqilər də əvvəlki kimi deyil.Xatırlatmır məni.Ağlatmır daha mahnılar.Özlərini sevməkdən ətrafdakıları sevgidən məhrum ediblər və xəbərsizcə gedirlər.Geriyə boylanmadan gedirlər.Ağlamır onlar.Göz yaşları çoxdan tərk edib onları.Sevmirlər.. .Hislərini yollarda itiriblər.Geridə qalan bizik.Lazım deyilik onlara.Geridə qalan 2 sətir olur.Onlar oxuyur bu sözləri , amma qürurlarından cavab vermirlər.Onlar çox yüksəkdə görsənirlər, ya da özlərini elə aparırlar.Geridə qalan bizik.Soyuq baxışlarla hər kəsi dartıb aparan o yola baxan bizik.Axtarmırlar.Nə bir sətir , nə də bir zəng.Onlar görür bu soyuq baxışları, lakin qəlbimizi isidən heç bir addım atmırlar.Bəlkə biz axtaraq? Bəlkə hardasa yaxındadırlar ?Bəlkə sadəcə biz görmürük onları? Yox...Onlar çoxdan gediblər...Tənha yollarda onlardan geri qalan tək şey ayaq izləridi.Onları da yağış yuyub aparacaq.Özlərini məğlubedilməz adlandırırlar.Hər insan məğlub edilə bilər.Amma bu soyuq baxışlar onları yox bizi məğlub göstərir.Biz də bacarmalıyıq onlar yüksəkdə görünməyi.Təkcə görünməməliyik həm də ora qalxmağı bacarmalıyıq.Qoy, onlar da görsün orda bizi və bizim heç də zəif olduğumuzu fikirləşməsinlər.Zəif, döyüş meydanından qaçanlardı.Ya məhv etməlisən , ya da məhv olmalı.Pozulur yazılar...Onlar kimi yazıları da qaçır səhifələrdən.Saxlaya bilmirəm.Amma mən qaçmıram.Ya məhv olmalıyam, ya da məhv etməli.Döyüş meydanından qaçanlardı zəif...
ƏvvəLki tək

ƏvvəLki tək
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.