Kasıb Və Varlı

17 Ağustos 2014
4 011
0

Kasıb  Və Varlı

Kasıb  Və Varlı


Rəsulu Əkrəm (s.ə.v) hər zamanki kimi məclisində oturmuş və dostları da ətrafında halqa şəklində, onu bir üzük daşı kimi ortaya götürmüşduler. Bu vaxt köhnə paltarlı kasıb bir Müsəlman qapıdan içəriyə girdi. İslami adətlərə görə hər kəs hər hansı mövqedə olursa olsun bir iclasa girincə harada boş yer tapsa dərhal oraya oturmalıdır. 'Mənim canım buranı istəyir' fikiriylə xüsusi bir yerə oturmaq lazım deyil. O adam ətrafına baxdı və boş bir yer tapdı; getdi oraya oturdu. Təsadüfən irəli gələn zənginlərdən birinin yanına oturmuşdu. Zəngin adam paltarını yığaraq ondan bir az uzaqlaşdı. Bu hərəkətləri izləyən Rəsulu Əkrəm (s.ə.v ona dönərək:


- Kasıblığından sənə bir şey keçər deyəmi qorxdun?

- Xeyr ya Resülallah.


- Sərvətindən ona bir pay düşər deyəmi qorxdun?



Xeyr ya Resülallah.



- Paltarların çirklənər deyəmi qorxdun?


- Xeyr ya Resülallah.


- O halda nə üçün yanından uzaqlaşıb bir kənara çəkildin?



- Səhv bir iş etdiyimi və səhv etdiyimi etiraf edirəm. İndi bu səhvimin kompensasiyası və bu günahımın cezasinin boyuk oldugunu dusunerek sərvətimin yarısını bu Müsəlman qardaşıma verməyə hazıram dedi. Çünki ona qarşı səhv bir hərəkət etdim. Məni bağışlayın ya Resülallah.




- Köhnə geyimli adam: Lakin mən bunu qəbul etməyə hazır deyiləm.


- Camaat: Nə üçün?

- 'Çünki bir gün məni də bir qürurun qucaqlamasından və bir Müsəlman qardaşıma, bu gün bu şəxsin mənə etdiyi kimi, eyni hərəkəti etməkdən qorxuram' deyər.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.